İzahlı lüğət

SƏFEHLƏMƏK (ID - 35179)

f Gicləşmək, axmaqlamaq, sarsaqlamaq. // Səfeh hərəkət etmək, səfeh sözlər demək.

SƏFEHLİK (ID - 35180)

is. Ağıldankəmlik, giclik, axmaqlıq, sarsaqlıq. Səfehliyindən bəlaya düşmək. - [2-ci əcinnə:] Özünü vurubsan səfehliyə, xanımın xoşuna gəlib, səni çörəkləyib saxlayır. Ə.Haqverdiyev. // Səfeh hərəkət, səfeh iş. □...

SƏFƏR1 (ID - 35181)

is. [ər.] 1. Səyahət, yola çıxma, yol. Səfərdə olmaq. Səfərə getmək. Səfər üçün hazırlıq görmək. - Qəribin anası gördü ki, oğlu səfər libasındadır, xəbər aldı: - Oğul haraya gedirsən? “Aşıq Qərib” . ..Üç gün...

SƏFƏR2 (ID - 35182)

is. [ər.] Dəfə, kərə, yol. [Nazir:] Ağa, başına dönüm, bu səfər məni bağışla, dəxi bundan sonra heç vaxt belə iş olmaz. M.F.Axundzadə. [Əsgər:] Xanım, sizə yaraşan şeyim çoxdur, ancaq evdədir, inşallah, gələn səfər gətirərəm....

SƏFƏR3 (ID - 35183)

is. [ər.] Hicri qəməri ərəb təqviminin ikinci ayı.

SƏFƏRBƏR (ID - 35184)

sif. [ər. səfər və fars. ...bər] Müharibə elanı ilə əlaqədar olaraq hazır vəziyyətə gətirilmiş. □ Səfərbər etmək - müharibə elanı ilə əlaqədar olaraq ölkənin əsgəri və maddi ehtiyatlarını toplayıb hazır vəziyyətə...

SƏFƏRBƏREDİCİ (ID - 35185)

sif. Səfərbər edən, cəlb edən, çağıran. Səfərbəredici tədbirlər. Səfərbəredici şüarlar.

SƏFƏRBƏRLİK (ID - 35186)

is. 1. Müharibə elanı ilə əlaqədar olaraq, ehtiyatda olan müxtəlif yaşlıların və hərbi qulluğa yararlı olanların ordu sıralarına çağırışı. Səfərbərlik elan olunan gündən Gülpəri heç nəyə əl vurmamışdı. M.Hüseyn....

SƏFƏRXANA (ID - 35187)

is. [ər. səfər və fars. ...xanə] köhn. Karvansara. [Əhvalat] vaqe olur Hacı Qurbanın səfərxanasında gecə vaxtı. N.Vəzirov.

SƏFƏVİ(LƏR) (ID - 35188)

[ər.] 1501-1737-ci illərdə Azərbaycanda və İranda hakimiyyət sürmüş məşhur azərbaycanlı sülalə.

SƏFHƏ (ID - 35189)

is. [ər.] 1. Hər hansı bir hadisənin, prosesin və s.-nin inkişafında ayrıca mərhələ, dövr, faza.
astr. Günəşdən işıqlanma və Yerə görə vəziyyətlərindən asılı olaraq Ay və planetlərin müxtəlif dövrələri.

SƏFİL (ID - 35190)

sif və zərf [ər.] Daimi yaşayış yeri olmayan, daimi məşğuliyyəti olmayan, səfalət içərisində yaşayan; avara, sərgərdan, sərsəri, veyil. Səfil adam. Səfil həyat sürmək. Səfil yaşamaq. - [Cavanşir bəy Dilaraya:] Sən o səfil...

SƏFİLANƏ (ID - 35191)

zərf [ər. səfil və fars. ...anə] Səfilcəsinə, səfalət içərisində, səfil kimi. Zeynal özü də burasını dərk edirdi ki, xidmətlərinin əlindən çıxması.. həyatını səfilanə keçirməsinə səbəb olmuşdur. S.Hüseyn. [Mirzə...

SƏFİLCƏSİNƏ (ID - 35192)

zərf Səfil kimi, səfil vəziyyətdə, səfilanə, sərsəri kimi, acınacaqlı halda. Səfilcəsinə küçələri dolaşmaq. - Zeynalın, başqa özü kimi səfilcəsinə küçə həyatı keçirən yoldaşları Mehribanın gözü qabağında keflənmişdilər....

SƏFİLLİK (ID - 35193)

is. Səfil adamın halı; məskənsizlik, işsizlik, veyillik.

SƏFİL-SƏRGƏRDAN (ID - 35194)

zərf [ər. səfil və fars. sərgərdan] Yersiz-yurdsuz, ac, pis vəziyyətdə, acınacaqlı halda. Səfil-sərgərdan qalmaq. - [Sevər:] Ac, səfil-sərgərdan küçələri dolaşıram. C.Cabbarlı. [Firidun] bazar və küçələri doldurmuş yurdsuz...

SƏFİNƏ (ID - 35195)

is. [ər.] köhn. 1. Gəmi.
Cüng.

SƏFİR (ID - 35196)

is. [ər.] Bir dövlətin digər dövlətdə olan yüksək dərəcəli diplomatik nümayəndəsi, elçisi. Səfir başda olmaq üzrə.. səfarətxananın işçiləri də təyyarə meydanına gəlmişlər. M.İbrahimov.

SƏFİRLİK (ID - 35197)

is. 1. Bir dövlətin başqa dövlətdə səfirin başçılıq etdiyi diplomatik nümayəndəliyi, həmçinin bu nümayəndəliyin yerləşdiyi bina.

Səfirin (ID - 35198)

vəzifəsi, işi.

SƏFRA (ID - 35199)

[ər.] bax sifraq.

SƏĞİR (ID - 35200)

is. [ər.] köhn. 1. Azyaşlı, kiçik, balaca, həddi-büluğa çatmamış uşaq. Pişvazə çıxıb səğirü kəbir; Ucalır ərşə naleyi-təkbir. S.Ə.Şirvani. [Molla Zaman:] [Həmidin] xoşbəxtliyi ondadır ki, səğirdir. Ə.Haqverdiyev.
Həddi-büluğa...

SƏHƏNG (ID - 35201)

is. Su daşımaq üçün misdən və ya gildən qayrılmış qulplu, qarınlı, darboğaz qab; güyüm. Mis səhəng. Saxsı səhəng. - Su səhəngi suda sınar. (Məsəl). Bulaşıqlı səhəngdən bulanıq su tökülər. (Məsəl). ..Əmim arvadı...

SƏHƏR (ID - 35202)

is. [ər.] Günün başlanğıcı, ilk saatları, sabah açıldığı vaxt, sübh. Səhər yuxusu. Səhər soyuğu. Səhər tezdən durmaq. Səhər yeməyi. Səhərdən işləmək. - Səhər Sona yuxudan ayılıb medalyonu açıq gördü. N.Nərimanov....

SƏHƏR-AXŞAM (ID - 35203)

zərf Həm səhər, həm axşam; hər vaxt, hər zaman, bütün günü. Dənizkənarı park səhər-axşam adamlarla dolu olur. Qız anasına səhər-axşam baş çəkir. - Göyərçin hər səhər-axşam Araz sahilinə uçub, bir müddət o tayı seyr...

SƏHƏRKİ (ID - 35205)

sif. Səhər vaxtı olmuş, səhər baş vermiş. Səhərki yağış. Səhərki söhbət. Səhərki yığıncaq. - Analar körpələrini yatırdır, briqadirlər sabahkı iş üçün fikirləşir, manqabaşçıları səhərki tapşırığı üzvlərinə...

SƏHƏR-SƏHƏR (ID - 35206)

zərf Səhər vaxtı, səhər tezdən, səhər olan kimi, sübhçağı. Səhərsəhər qapımızın ağzını kəsdi. - Səhər-səhər bağda gəzən nazənin; Dəstinlə qönçəni üz, qadan alım! Aşıq Ələsgər. Səhər-səhər “Azərşərabın”...

SƏHHƏT (ID - 35207)

is. [ər.] Sağlamlıq, cansağlığı. Səhhəti pozulmaq. Səhhətini qorumaq. - Gülnaz indi qalın cildli bir kitabı vərəqləyir, uşaq səhhətinə aid şəkillərə baxırdı. S.Rəhimov. Canına bax, elə olsun səhhətinə ziyan olmasın. Mir...

SƏHİFƏ (ID - 35208)

is. [ər.] 1. Kitab, dəftər, qəzet və s. vərəqinin bir üzü. Kitab 100 səhifədir. - Hər səhifədə hər gün; Neçə qələbə, zəfər; Neçə-neçə xoş xəbər... R.Rza. // Kitabda, dəftərdə vərəq. Kitabın birinci səhifəsi cırılmışdır....

SƏHİFƏBAĞLAYAN (ID - 35209)

is. Mətbəədə yığılmış mətni (naboru) səhifələrə ayırıb düzən mətbəə işçisi; metranpaj.

SƏHİFƏLƏMƏ (ID - 35210)

“Səhifələmək”dən f.is.

SƏHİFƏLƏMƏK (ID - 35211)

f 1. Kitabın, jurnalın, dəftərin və s.-nin səhifələrini bir-bir çevirmək, gözdən keçirmək. Kitabı səhifələmək. Lüğəti səhifələmək.
Mətbəədə yığılmış mətni səhifələrə ayırmaq, səhifə bağlamaq. Kitabı səhifələmək....

SƏHİFƏLƏNMƏ (ID - 35212)

“Səhifələnmək”dən f.is.

SƏHİFƏLƏNMƏK (ID - 35213)

“Səhifələmək”dən məch.

SƏHİH (ID - 35214)

sif. [ər.] Düzgün, doğru, gerçək, əsaslı, yalan olmayan. Səhih məlumat. Səhih söz. - Hələ indiyə qədər Araz qırağından səhih bir xəbər gəlməmişdi. Çəmənzəminli. Hamı Sərdarın dediklərini: - Doğrudur, səhih buyurursunuz,...

SƏHİHLİK (ID - 35215)

is. Düzlük, doğruluq, düzgünlük, gerçəklik, əsaslılıq. işin səhihliyi aşkar oldu.

SƏHİYYƏ (ID - 35216)

is. [ər.] Əhalinin sağlamlığını qoruma, xəstəliklərin qabağını alma, onları müalicə etmə və ictimai təmizliyi saxlama. Səhiyyə məntəqəsi. - Şirəli .. səhiyyə palatasına tərəf dırmanırdı. M.Hüseyn. [Əsgər] küçəaşağı...

SƏHL (ID - 35217)

sif. və zərf [ər.] klas. Asan iş. - Sizcə şairlik, ədiblik, görünür, səhl işdir; Xeyr əfkarınız ol barədə çox yanlışdır. A.Səhhət. ..Bəli, “papaq” məsələsini səhl saymaq olmaz. C.Məmmədquluzadə.

SƏHLƏB (ID - 35218)

is. [ər.] bot. Tərkibində selikli maddə və nişasta olan kökümsov gövdəli subtropik bitki və həmin bitkinin kökümsov meyvəsi. Azərbaycanda bitən səhləb, .. gecəbənövşəsi və yabanı səhləb cinslərinin bütün növlərinin yeraltı...

SƏHLƏNKAR (ID - 35219)

sif. [ər. səhlən və fars. ...kar] Tapşırılan işə, vəzifəyə, tapşırığa laqeyd, soyuq baxan; diqqətsiz, qeydsiz, başısoyuq. Səhlənkar adam. - Qız-yetərin işi bilməsi və möhkəm durub səhlənkar traktorçu ilə sinə-sinəyə...

SƏHLƏNKARLIQ (ID - 35220)

is. İşə, tapşırığa, vəzifəyə soyuq baxma, laqeyd baxma; diqqətsizlik, başısoyuqluq. - Guya Zeynal vəzifəsinə çox soyuq baxır, dəfələrlə özünə xatırladılmasına baxmayaraq səhlənkarlıqdan qalmırmış. S.Hüseyn. [Baxış...

SƏHM (ID - 35221)

is. [ər.] 1. Ayrı-ayrı müəssisənin işində və gəlirində iştirak etməyə hüquq verən pul payı; həmin pula bərabər qiymətli kağız.
Faiz, pay, hissə. [Məmmədxan] kiçik bir nitqdən sonra qəsdən saldığı bu talanda özünün...

SƏHMDAR (ID - 35222)

is. [ər. səhm və fars. ...dar] Ticarət, sənaye və ya maliyyə müəssisələrində payı və ya hissəsi olan şəxs, payçı. Öncə səhmdarlar gəldi diz-dizə; Həpsi toxluğundan açdı ağzını. M.Müşfıq. □ Səhmdar(lar) cəmiyyəti...

SƏHNƏ (ID - 35223)

is. [ər.] 1. Teatr tamaşalarının göstərildiyi xüsusi meydança. Pərdə qalxdı, səhnə göründü. - Divanə gedir, bir neçə saniyədən sonra dəstə dəxi dağılıb, səhnədə bir Şah Abbas və bir də Məstavər öz dükanında qalır....

SƏHNƏCİK (ID - 35224)

is. 1. Səhnələşdirilmiş kiçik pyes, tamaşa. Televizor ekranında C.Məmmədquluzadənin bir neçə hekayəsinin səhnəciyi göstərildi. // Səhnə əsərindən bir hissə, bir parça. Tamaşaçılar “Sevil” operasından bir səhnəciyə...

SƏHNƏLƏŞDİRİLMİŞ (ID - 35225)

f sif Səhnədə göstərilmək üçün uyğunlaşdırılmış, pyes şəklinə salınmış. Səhnələşdirilmiş roman. Səhnələşdirilmiş hekayə.

SƏHNƏLƏŞDİRMƏ (ID - 35226)

“Səhnələşdirmək”dən f.is.

SƏHNƏLƏŞDİRMƏK (ID - 35227)

f Hər hansı ədəbi əsəri teatrda və ya kinoda göstərmək üçün uyğunlaşdırmaq, pyes şəklinə salmaq. M.F.Axundzadənin “Aldanmış kəvakib” əsərini səhnələşdirmək. M.Ibrahimovun “Böyük dayaq” romanını ekran üçün...

SƏHNƏLİK (ID - 35228)

is. Səhnə üçün yazılmış, səhnəyə yarar. Səhnəlik əsər.

SƏHRA (ID - 35229)

is. [ər.] Susuz və bitkisiz geniş çöl; biyaban, düz. Uzun aylarnan şəhərdə beynini yazı-pozu ilə yorandan sonra, birdən görürsən ki, səhranın ortasında, təmiz və saf havada, quşların və heyvanların içindəsən. C.Məmmədquluzadə....

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed