SƏMİMİ (ID - 35330)sif. [ər.] Ürəkdən gələn; dəruni, həqiqi, xalis, ciddi, riyasız. Səmimi söz. Səmimi dostluq. - O, çox mehriban, səmimi bir təbəssümlə gülümsündü. M.Rzaquluzadə. // Həqiqi, doğru, ən yaxın, qəlbən bağlı. Səmimi dost. Səmimi...
|
SƏMİMİ-QƏLBDƏN (ID - 35331)zərf Ürəkdən, qəlbən. Səmimi-qəlbdən təşəkkür etmək. Səmimiqəlbdən təbrik etmək.
|
SƏMİMİLƏŞMƏ (ID - 35332)“Səmimiləşmək”dən f.is.
|
SƏMİMİLƏŞMƏK (ID - 35333)f Bir-birinə daha da yaxın olmaq, səmimi olmaq, mehribanlaşmaq. [Hüseyn:] Qızla yenə yolumuza başladıq. Bu dəfə müsahibəmiz bir qədər daha səmimiləşmişdi. S.Hüseyn.
|
SƏMİMİLİK (ID - 35334)bax səmimiyyət 1-ci mənada. [Daşdəmirin] gözlərində və sözlərində elə bir sadəlik və səmimilik vardı ki, bu, dinləyənlərə də sirayət edirdi. M.Rzaquluzadə. Çiçək Ümidin danışığına, sifətindəki uşaqlıq və səmimilik...
|
SƏMİMİYYƏT (ID - 35335)is. [ər.] 1. Səmimilik, açıqürəklilik; səmimi münasibət. Ailədəki səmimiyyət. Səmimiyyət göstərmək. - Bu nəğmələr dərin-dərin; Geniş-geniş ürəklərin; Səmimiyyət nəğməsidir. M.Müşfıq. Oğlanın sözlərindəki səmimiyyəti...
|
SƏMİR (ID - 35336)is. [ər.] Səs, səs-səmir.
|
SƏMİRMƏK (ID - 35337)f . məh. Kökəlmək, gombullaşmaq.
|
SƏMİZMƏK (ID - 35338)f . məh. Yağlanmaq, piylənmək.
|
SƏMT (ID - 35339)is. [ər.] 1. Cəhət, tərəf, yön. Günəş səmtinə baxmaq. Dəniz səmtinə tərəf getmək. - Ağac səmtinə yıxılar. (Ata. sözü). Axirüləmr [Məhəmmədhəsən əmi] gəldi, tövləsini ortadan yarı böldü və küçəyə səmt bir qapı...
|
SƏMTLƏNDİRMƏ (ID - 35340)“Səmtləndirmək”dən f.is.
|
SƏMTLƏNDİRMƏK (ID - 35341)f . Bir şeyi müəyyən səmtə yönəltmək, istiqamətləndirmək.
|
SƏMUM (ID - 35342)is. [ər.] Asiya və Afrika səhralarında əsən çox şiddətli, isti və quru külək. // Ümumiyyətlə, şiddətli, isti külək. Deyirlər: çox güclü və dəhşətli olur, səmum küləkləri. O.Sarıvəlli. Səmum yeli gəlir, aman; Yaz çıxmamış...
|
SƏN (ID - 35343)İkinci şəxs əvəzliyinin təki. Sən istəyən kimi oldu. - Sən demədinmi dumada rəf olur ehtiyacımız? Mən də dedimmi çox yemə, tez pozulur məzacımız. M.Ə.Sabir. [Əsgər:] Ay Süleyman, yaxşı oldu sən gəldin, axı deyirlər ki, sən...
|
SƏNA (ID - 35344)is. [ər.] klas. Tərif, mədh. Duaçınam, salma məni nəzərdən; Əskik olmayasan sənadan, Pəri. M.P.Vaqif. □ Səna etmək klas. mədh etmək, tərif etmək. Münəccimbaşı şahın hüzuruna daxil olub, ..əl-əl üstə qabaqda durub dua və...
|
SƏNAMƏKİ (ID - 35345)is. bot. Yarpaqları və meyvəsi xalq təbabətində işlətmə dərmanı kimi işlədilən bitki.
|
SƏNAYE (ID - 35346)is. [ər.] 1. Xalq təsərrüfatının, yeraltı sərvətləri çıxaran və xammalı emal edən müəssisələri birləşdirən sahəsi.
Maşın texnikası tətbiq edən fabrik-zavod müəssisəsi. Neftçıxarma sənayesi. Yüngül sənaye. Ağır... |
SƏNAYEÇİ (ID - 35347)is. 1. Kapitalist sənaye müəssisəsi sahibi; mədənçi, fabrikçi.
2. Mədəndə işləyən. Neft sənayeçisi. |
SƏNAYELƏŞDİRİLMƏ (ID - 35348)“Sənayeləşdirilmək”dən f.is.
|
SƏNAYELƏŞDİRİLMƏK (ID - 35349)məch. Maşın texnikasına keçirilmək, maşın texnikası tətbiq edilmək.
|
SƏNAYELƏŞDİRMƏ (ID - 35350)“Sənayeləşdirmək”dən f.is. Sənayeləşdirməplanı.
|
SƏNAYELƏŞDİRMƏK (ID - 35351)f Xalq təsərrüfatının müəyyən və ya bütün sahələrini maşın texnikasına keçirmək. Kənd təsərrüfatını sənayeləşdirmək. Ölkəni sənayeləşdirmək.
|
SƏNAYELƏŞMƏ (ID - 35352)“Sənayeləşmək”dən f.is.
|
SƏNAYELƏŞMƏK (ID - 35353)f . Maşın texnikasına keçmək, maşınlar tətbiq etmək. Ölkə yeni yollarla inkişaf etsin gərək; Sürətlə başdanbaşa tez sənayeləşərək. R.Rza.
|
SƏNAYELİ (ID - 35354)sif Sənayesi olan, sənayesi inkişaf etmiş, sənayeləşmiş.
|
SƏNCƏ (ID - 35355)Sənə görə, sənin fikrincə, sən biləni. Səncə, yarışın qalibi kim olacaq? Səncə, bu gün yığıncaq olacaq? - [Firəngiz Muxtara:] Buna, səncə, nə üçün “Gəlin qayası” deyirlər? B.Bayramov.
|
SƏNDƏL1 (ID - 35356)is. [ər.] 1. bot. Oduncağı efir yağı ilə zəngin olan ətirli, həmişəyaşıl tropik ağac. Aşığın sən dəlisi; Gözəllər sən dəlisi; Sevdiyim, zülflərindən; Gəlir səndəl iy isi. Sarı Aşıq. Nizami məzardaşını döyərək Xaqanini...
|
SƏNDƏL2 (ID - 35357)is. Dal söykənəcəyi olan qoltuqlu stul. [Mərcan bəy] yıxılır səndəlin üstə, ürəyi bitab olan tək olur. U.Hacıbəyov. Səndəllərin hamısına yumşaq və məxmər balışlar olduqca müntəzəm bir surətdə qoyulmuşdu. M.S.Ordubadi....
|
SƏNDƏL3 (ID - 35358)is. [yun.] Qədim yunanların və romalıların geydikləri dabansız, yüngül ayaqqabı. // Uzü bağla bağlanan dabansız, yüngül yay ayaqqabısı. Uşağa səndəl almaq. - [Aslan] çəkmə mağazasına girdi, axırıncı pulunu verib, bir cüt...
|
SƏNDƏLƏMƏ (ID - 35359)“Səndələmək”dən f.is.
|
SƏNDƏLƏMƏK (ID - 35360)f . Müxtəlif səbəblərdən müvazinəti itirərək, ayaq üstə dura bilməyib yırğalanmaq. Səlim sillənin zərbindən səndələdi. M.İbrahimov. [Firuz] müvazinətini itirərək yerində səndələdi. Ə.Məmmədxanlı.
səndələyə-səndələyə... |
SƏNDƏLİ (ID - 35361)bax səndəl2. Nəcəf kişi o zamanın adəti üzrə papağı başında, səndəlidə oturub dil-ağız etdi. M.İbrahimov.
|
SƏNDİRLƏMƏ (ID - 35362)“Səndirləmək”dən f.is.
|
SƏNDİRLƏMƏK (ID - 35363)bax səndələmək. Ovçu nişan aldı, ox çıxdı yaydan; Alagöz bir maral qana boyandı; “Ah!” səsi yüksəldi bulaqdan, çaydan; Maral səndirlədi, maral dayandı. N.Xəzri. Nərgiz .. səndirləsə də, özünü düzəldə bildi, daşın...
|
SƏNƏ (ID - 35364)is. [ər.] İl. Bir gecəlik mətləbin bir sənə mabədi var. M.Ə.Sabir. Millətin beş sənə bundan əqdəm; Yüz nəfərdən biri tutmazdı qələm. A.Səhhət. Çox vaxt bir sənəyə qədər nişanlı halında qız atası evində qalacaqdır....
|
SƏNƏD (ID - 35365)is. [ər.] 1. Bir şeyi, faktı təsdiq, bir şeyə olan hüququ sübut edən rəsmi kağız. Arxiv sənədləri. - C.Məmmədquluzadənin təsvirinə və tarixi sənədlərə görə o zaman Azərbaycan dilində qəzet çıxarmaq çox çətin məsələ...
|
SƏNƏK (ID - 35366)bax səhəng. Su sənəyi axırda suda sınar. (Məsəl). [Mələk] lalə kimi rəng verib, rəng ala-ala bulağa endi, sənəyi bulağa söykədi, su gurhagur sənəyə doldu. A.Divanbəyoğlu. Az keçməmiş gəlinlər gəlib onun komasını suvadılar,...
|
SƏNƏM (ID - 35367)is. [ər.] 1. klas. bax büt 1-ci mənada. Surəti ziba sənəmlər yox demək bütxanədə; Var çox, əmma sənə bənzər büti-xunxar yox. Füzuli.
2. Gözəlin epitetlərindən biri - dilbər. 0 qədər sənəm var ki, yasəmənə vaxt yoxdur.... |
SƏNƏT (ID - 35368)is. [ər.] 1. Müəyyən hazırlıq tələb edən və sahibinin yaşaması üçün əsas mənbə sayılan əmək fəaliyyətinin bir növü; peşə. Özünə sənət seçmək. Sənət öyrənmək. Sənətini dəyişmək. - [Yusif] usta Xəlilin yanında...
|
SƏNƏTÇİ (ID - 35369)bax sənətkar 1-ci mənada.
|
SƏNƏTKAR (ID - 35370)is. [ər. sənət və fars. ...kar] 1. Hər hansı bir sənətlə məşğul olan, sifarişlə iş qəbul edib öz əmək alətləri ilə, kustar üsulla məhsul hazırlayan şəxs, usta; bir sənətlə keçinən adam. Burada əlli üç minə qədər müxtəlif...
|
SƏNƏTKARANƏ (ID - 35371)sif və zərf [ər. sənət və fars. ...karanə] Sənətkarlıqla, ustalıqla, məharətlə, bacarıqla; mükəmməl surətdə, nümunəvi surətdə. Sənətkaranə işlənmiş divar naxışları. Sənətkaranə təsvir.
|
SƏNƏTKARLIQ (ID - 35372)is. 1. Öz sənətini yaxşı bilmə; ustalıq. Dərzinin sənətkarlığına söz yoxdur.
2. Hər hansı bir sahədə böyük bacarıq, məharət, hünər, ustalıq. Sənətkarlıq nöqteyinəzərindən zəif əsər. Aktyor sənətkarlığı. Müasirlik... |
SƏNƏTŞÜNAS (ID - 35373)is. [ər. sənət və fars. ...şünas] Sənətşünaslıq mütəxəssisi, incəsənətin hər hansı sahəsi üzrə mütəxəssis olan alim.
|
SƏNƏTŞÜNASLIQ (ID - 35374)is. İncəsənətlər (əsasən təsviri incəsənət) haqqında elm. Sənətşünaslıq doktoru
|
SƏNGƏK (ID - 35375)is. [fars.] Uzun, yastı çörək növü. [Usta] şagirdinin vərdənə ilə yaydığı kündələri kürəyə sərir, tez-tez oda atır, neçə dəqiqə keçməmiş buğlanan səngəkləri qızmar kürədən çıxarırdı. Mir Cəlal. Ertəsi gün səhər...
|
SƏNGƏKÇİ (ID - 35376)is. Səngək bişirib satan adam, çörəkçi. Qoca dayanır, səngəkçi şagirdi bir neçə səngək büküb qocaya verir. Ə.Məmmədxanlı.
|
SƏNGƏR (ID - 35377)is. Güllədən, qəlpədən qorunmaq üçün qazılan çuxur, xəndək. Səngər qazımaq. Səngərdə gizlənmək. - Nəbi cəld özünə bir səngər tapıb daldalanandan sonra aynalı tüfəngi işə salır. “Qaçaq Nəbi” . Döyüşçülər yeni...
|
SƏNGƏRLƏNMƏ (ID - 35378)“Səngərlənmək”dən f.is.
|
SƏNGƏRLƏNMƏK (ID - 35379)qayıd. Səngərdə gizlənmək, səngərə girmək. Əsgərlər səngərləndilər. - Körpüdəki partizanlar .. çuxurlarda səngərləndilər. M.Hüseyn.
|
Bu səhifə dəfə baxılıb