İzahlı lüğət

SƏHV (ID - 35230)

is. [ər.] Yazıda, hesablamada, müəyyən məsələnin həllində, işdə və s.-də yanlışlıq; nöqsan, xata. İmla səhvi. Səhv hərəkət etmək. Səhv düşmək. - Demək, Nigar səhvini anlamış, başa düşmüşdür ki, ev kişisiz dolana...

SƏHVƏN (ID - 35231)

zərf [ər.] Səhv olaraq, yanılaraq, anlaşılmazlıq üzündən, yanlış olaraq, özü anlamadan, başa düşmədən. Səhvən yol azmaq. Səhvən şeyləri yığmaq. Səhvən yada düşməmək. - Padşah, xəlifə ya zamanının ən böyük ruhanisi...

SƏXAVƏT (ID - 35232)

is. [ər.] Əliaçıqlıq, comərdlik, genişürəklilik. [Vaqif:] Ağa, ..iltifat və səxavətiniz aləmə bəllidir, amma zövqü, görünür, tək almaq istəyirsiniz... Çəmənzəminli. [Mirzə:] Ağanın şanı, şövkəti, calalı, dövləti,...

SƏXAVƏTLİ (ID - 35233)

sif Səxavət edən; əliaçıq, şeyini, pulunu əsirgəməyən, comərd, genişürəkli, könlüaçıq. Səxavətli adam. - Qaraca qız çox rəhmdil və səxavətli qız idi. Hər nə əlinə düşsəydi yoldaşları ilə bölüşərdi. S.S.Axundov....

SƏKİ (ID - 35234)

is. 1. Piyadaların gediş-gəlişi üçün küçənin hər iki tərəfində asfalt, daş, taxta və s. döşənmiş və adətən küçədən bir qədər hündür yol. Səki ilə getmək. Səkiyə çıxmaq. Səkidə üz-üzə gəlmək. - Faytonlar daş...

SƏKİL (ID - 35235)

SƏKİLİ (ID - 35236)

sif. Səkisi olan, səki tikilmiş. Səkili hamam. Səkili küçə. - Bütün kənd.. tək bacalı qara damlarda, ya da ömründə gün üzü görməyən qabağı səkili tövlələrdə yaşayırdı. S.Rəhimov.

SƏKİLLİ (ID - 35237)

sif. Ayağı səkil olan. Səkilli at. Səkilli qoyun. - [İlyas Adiləyə:] “Tərlan” səkilli sol biləyini qaldırıb dırnağı ilə yeri döyəcləyir. Ə.Məmmədxanlı.

SƏKKİZ (ID - 35238)

miqd. s. Yeddidən sonra gələn ədəd - 8. Səkkiz kitab. Səkkiz ay. Səkkiz saat. Səkkiz döyüşçü. - [Əşrəf] cəmi səkkiz deşiyi olan adi, nazik mis tütəyi dodaqlarına yaxınlaşdırıb çalan adamı gözlərinin qarşısında canlandırmağa...

SƏKKİZADAMLIQ (ID - 35239)

sif. Səkkiz adam üçün ayrılan, səkkiz adam üçün olan; səkkiznəfərlik. Səkkizadamlıq yer tutmaq.

SƏKKİZAYLIQ (ID - 35240)

sif. 1. Səkkiz ay davam edən və ya davam etmiş, səkkiz ay üçün düzəldilmiş, səkkiz aylıq müddət nəzərdə tutulmuş. Səkkizaylıq məlumat.
2. Yaşı səkkiz ay olan. Səkkizaylıq uşaq.

SƏKKİZBUCAQ (ID - 35241)

is. hənd. Səkkiz bucağı olan cisim, səkkizbucaqlı cisim.

SƏKKİZBUCAQLI (ID - 35242)

sif. Səkkiz bucağı olan. Səkkizbucaqlı fiqur. - Zahirən Mahmudun dükanı səkkizbucaqlı bir qutuya bənzəyirdi ki, içində saqqız, tumanbağı.. tapmaq mümkün idi. B.Talıblı.

SƏKKİZCƏ (ID - 35243)

sif. Ancaq səkkiz, yalnız səkkiz. Səkkizcə kitabım var. // Bəzən təyin etdiyi sözə böyüdücülük mənası verir. Səkkizcə manat pul vermişəm.

SƏKKİZCİLDLİ (ID - 35244)

sif. Səkkiz cilddən ibarət olan. Səkkizcildli lüğət.

SƏKKİZCİLDLİK (ID - 35245)

1. Bax səkkizcildli.
is. Səkkiz cilddən ibarət kitab.

SƏKKİZDÜYMƏ (ID - 35246)

sif. dan. Ölçüsü səkkiz düymə olan.

SƏKKİZGUŞƏ(Lİ) (ID - 35247)

bax səkkizbucaqlı.
Ağca uca taxtbəndli tavan altındakı hər bir otağın ortasındakı səkkizguşəli üç pilləli atəş nəhrinə gəldi. Ə.Məmmədxanlı. Səkkizguşə ulduzumda səkkiz cənnət qapısı var; Yalnız oğul qeyrətilə...

SƏKKİZGÜNLÜK (ID - 35248)

sif. Səkkiz gün sürmüş və ya sürən, səkkiz gün üçün nəzərdə tutulmuş. Səkkizgünlük səyahət. Səkkiz günlük iş.

SƏKKİZHECALI (ID - 35249)

sif. dilç. Səkkiz hecası olan. Səkkizhecalı söz.

SƏKKİZHƏDLİ (ID - 35250)

is. riyaz. Səkkiz həddən ibarət olan cəbri ifadə.

SƏKKİZİLLİK (ID - 35251)

sif. 1. Səkkiz il sürən, səkkiz il müddətli, səkkiz il davam edən. Səkkizillik dövr. - [Xınalıq kəndinin] səkkizillik məktəbində 260 şagird oxuyur. R.Rza. Səkkiz yaşında olan. Səkkiz ildən qalma, səkkiz il ömrü olan. Səkkizillik...

SƏKKİZİNCİ (ID - 35252)

SƏKKİZKÜNC(LÜ) (ID - 35253)

bax səkkizbucaqlı.
[Çobanlar bulamanı] səkkizkünc qalın stəkanlara doldurub qoca çobana, Qoşatxana və Kərəmə təklif etdilər. M.İbrahimov.

SƏKKİZQAT(LI) (ID - 35254)

sif. 1. Səkkiz mərtəbə(li). Səkkizqatlı bina.
Bir-birinin üzərində səkkiz lay olan. Səkkizqatlı karton.

SƏKKİZLİK (ID - 35255)

SƏKKİZMƏRTƏBƏ(Lİ) (ID - 35256)

sif. Səkkiz mərtəbəsi olan; səkkizqatlı. Səkkizmərtəbəli bina.

SƏKKİZNƏFƏRLİK (ID - 35257)

bax səkkizadamlıq.

SƏKKİZOTAQ(LI) (ID - 35258)

sif. Səkkiz otağı olan, səkkiz otaqdan ibarət olan. Səkkizotaqlı ev. - ikimərtəbə səkkizotaq, böyük bir samanlıq, iri bir pəyə, aşpazxana, uzun bir anbar, çardaq - hamısı alov içində idi. Ə.Vəliyev.

SƏKKİZRƏQƏMLİ (ID - 35259)

sif. Səkkiz rəqəmi olan, səkkiz rəqəmdən ibarət.

SƏKKİZSAATLIQ (ID - 35260)

sif. Səkkiz saat sürmüş və ya sürən; səkkiz saat vaxt tələb edən. Səkkizsaatlıq iş günü.

SƏKKİZSÜTUNLU (ID - 35261)

sif. Səkkiz sütunu olan. Səkkizsütunlu salon.

SƏKKİZTARLALI (ID - 35262)

sif. k.t. Səkkiz ildən bir dövr edən (əkin dəyişmə). Səkkiztarlalı əkin.

SƏKKİZÜZLÜ (ID - 35263)

is. Səkkiz üzü olan həndəsi cisim.

SƏKKİZYAŞAR (ID - 35264)

sif. Səkkiz yaşında olan, səkkizyaşlı. Səkkizyaşar uşaq.

SƏKKİZYAŞLI (ID - 35265)

sif. Yaşı səkkiz olan. Səkkizyaşlı uşaq.

SƏKMƏ (ID - 35266)

“Səkmək”dən f.is.

SƏKMƏK (ID - 35267)

f Bir və ya hər iki ayaq üstündə sıçrayaraq yerimək, sıçramaq, hoppanmaq. Kəhər at səkərək qonşu evin həyətində göründü və bir göz qırpımında .. Cəmilin qarşısında dayandı. M.Hüseyn. Çayın o tayındakı düzəngahda...

SƏKSƏKƏ, SƏKSƏKİ (ID - 35268)

is. Həyəcan, iztirab, təşviş, təlaş, narahatlıq. [Şəhrəbanu xanım:] Xanpəri, mən də onun cadusunun gücünü eşitmişəm. Amma genə bir az səksəkiyəm, etdiyi işlərdən heç bilirsənmi? M.F.Axundzadə. Sayad bacının ana ürəyi...

SƏKSƏKƏLİ, SƏKSƏKİLİ (ID - 35269)

sif. və zərf Həyəcanlı, iztirablı, narahat. Nə olub? - deyə, ürəyi səksəkəli rəiyyət bir-birinə dəydi. S.Rəhimov. Yolçular səksəkəli; Zirvələrə baxdılar; Qayadan bir daş uçdu. N.Xəzri. Ürəyi səksəkəli olan yasavulbaşı...

SƏKSƏN (ID - 35270)

say. Yetmiş doqquzdan sonra gələn rəqəm - 80; həştad. Səksən manat. Səksən ədəd. Səksən adam.

SƏKSƏNDİRMƏ (ID - 35271)

“Səksəndirmək”dən f.is.

SƏKSƏNDİRMƏK (ID - 35272)

bax diksindirmək.
Qapıya vurulan təkan Həcəri səksəndirdi. S.Rəhimov. Mahmud hirslə “cəhənnəmə ki!” - deyərkən ürkəni səksəndirdi. M.Hüseyn.

SƏKSƏNİLLİK (ID - 35273)

1. is. Səksən il davam etmiş dövr, ömür. Şairin səksənilliyi.
2. Sif. mənasında. Səksən il davam etmiş, səksən il sürmüş. Səksənillik bir ömür.

SƏKSƏNİNCİ (ID - 35274)

“Səksən”dən sıra sayı. Səksəninci qapı. Səksəninci nömrə. Səksəninci illər.

SƏKSƏNLİK (ID - 35275)

sif. Səksən yaşında. Səksənlik qoca.

SƏKSƏNMƏ (ID - 35276)

“Səksənmək”dən f.is.

SƏKSƏNMƏK (ID - 35277)

bax diksinmək 1 və 2-ci mənalarda. Sultan bəy səksənib dayanır. U.Hacıbəyov. Üzü o tərəfə dayanmış katib səksənib, çiyni üzərindən geri boylandı. M.Hüseyn.

SƏKSƏNYAŞLI (ID - 35278)

sif. Səksən yaşında olan. Səksənyaşlı qoca.

SƏKTƏ (ID - 35279)

is. [ər.] köhn. 1. Durğunluq, bir yerdə dayanıb qalma. Zərər, xələl, ziyan.
Qan dövranının, ürəyin birdən-birə fəaliyyətdən düşməsi, hərəkətinin dayanması.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed