İzahlı lüğət

SISLAMAQ (ID - 35730)

f . Təpinmək, üstünə qışqırmaq.

SITQAMAQ (ID - 35731)

f . Ağlamaq, sızıldaya-sızıldaya ağlamaq, inləmək.

SIYIQ (ID - 35732)

1. sif. Yarıduru halda olan; horra. Sıyıq məhlul. Sıyıq gil. - Tüfəng açılan kimi, onun səsindən ürkən eşşək bir qoşa şıllaq atdı və “ovçu” aşıb başı üstə sıyıq palçığın içinə düşdü. M.Rzaquluzadə.
2. is....

SIYIQAŞI (ID - 35733)

bax qaşıqaşı.

SIYIQLAŞDIRMA (ID - 35734)

“Sıyıqlaşdırmaq”dan f.is.

SIYIQLAŞDIRMAQ (ID - 35735)

f . Daha da sıyıq etmək, yaxud qatı halda olan şeyi sıyıq hala salmaq; durulaşdırmaq. Palçığı sıyıqlaşdırmaq.

SIYIQLIQ (ID - 35736)

is. Sıyıq şeyin halı, xassəsi, keyfiyyəti; duruluq (qatı ziddi). Məhlulun sıyıqlığı. - Şorbanın sıyıqlığı dənin azlığındandır. (Ata. sözü).

SIYIQVARİ (ID - 35737)

sif. Suyu çox olan, sıyığaoxşar, sıyıq kimi, horra kimi. Sıyıqvari məhlul. Sıyıqvari palçıq.

SIYIRIM, SIYIRINTI (ID - 35738)

is. Sıyrılmış, sıyrılıb qopmuş, dərisi qopmuş (yıxılaraq, bir şeyə dəyərək). Üzünün sıyırıntısı görünür. Qolundakı sıyırıma yod sürtmək.

SIZAĞAN (ID - 35739)

is. Sızan, sızıb keçən su, maye.

SIZAQ (ID - 35740)

bax sızanaq. Üzünü sızaq basmaq.

SIZANAQ (ID - 35741)

is. Dəri üzərində əmələ gələn irinli səpgi. Bədənini sızanaq basmaq. Sızanaq çıxarmaq.

SIZI (ID - 35742)

is. bax sızıltı. Bütün vücudumda bir qırıqlıq, bir sızı hiss edirəm. A.Şaiq.

SIZILDAMA (ID - 35743)

“Sızıldamaq”dan f.is.

SIZILDAMAQ (ID - 35744)

f . 1. Yüngülcə ağrımaq, sızı vermək. Sümüklərim sızıldayır. Dişi sızıldamaq. - Zeynəb bucaqda ayaq üstə durmaqdan lap yoruldu. Qıçları ağrıyıb sızıldayırdı. Məmmədquluzadə. [Firuzun] sümükləri sızıldayır. Ə.Məmmədxanlı.
2....

SIZILMA (ID - 35745)

“Sızılmaq”dan f.is.

SIZILMAQ (ID - 35746)

bax sızmaq. Palıdlı meşənin damarlarından sızılan (f.sif.) sular saxsı tünklərdə boğularaq şəhərin içində nəfəs alırdı. S.Rəhimov. [Kazım] meşənin sərin və ətirli havasını udaraq qayanın arasından sızılan (f.sif.) bulağın...

SIZILTI (ID - 35747)

is. 1. Xəfif və incə ağrı; göynərti, sızı, sızıldama. Dişin sızıltısı. Barmaqlarımın sızıltısından yata bilməmişəm. - Yazıq muzdur bir tərəfdən qolunun sızıltısı, bir tərəfdən də ürəyinin ağrısı ilə özünü...

SIZILTILI (ID - 35748)

sif. Sızıltı ifadə edən; yanıqlı, təsirli, ağlar kimi səs çıxaran. Sızıltılı səs. - [Vaqif:] Şairə də bu lazımdır: sızıltılı bir ney, qan saçan bir qəlb, səmalarda dolaşan bir sevgi pərisi... Çəmənzəminli. Yaralı.....

SIZIM (ID - 35749)

bax sızıntı. Neft sızımı. Su sızımı.

SIZINTI (ID - 35750)

is. Sızıb axan maye. Su sızıntısı. Neft sızıntısı.

SIZQA (ID - 35751)

sif. Suyu az-az, sızılaraq axan. Meşəli dağların ətəklərindən süzülən, sızqa bulaqlardan toplanıb üzüaşağı gələn su dərənin bir kənarını tuturdu. S.Rəhimov. Meşənin ortasından axan sızqa bulağın sakit şırıltısı xəzəllərin...

SIZQOV (ID - 35752)

bax sızqa. Hər yandan tel-tel, çubuq-çubuq, budaq-budaq axıb gələn sızqovlar, çeşmələr bir-birinə qarışaraq yetmiş dəyirmanlıq su olub. R.Rza.

SIZLAMA (ID - 35753)

“Sızlamaq”dan f.is.

SIZLAMAQ (ID - 35754)

f 1. Bax sızıldamaq.Muradın qəlbi [qəbirlərin] bu halına sızladı. S.Hüseyn. - Şahsuvar, Şahsuvar! - deyib ağladım; içimdə sızladı bir yanıq kaman. M.Müşfiq.
2. məc. Ağlamaq, inildəmək, yana-yana ağlamaq. [Əhməd:] Həq...

SIZMA (ID - 35755)

“Sızmaq”dan f.is.

SIZMAQ (ID - 35756)

f . Bir şeyin arasından, məsamələrindən yavaş-yavaş, damcı-damcı sızıb çıxmaq, keçmək, dammaq (mayelər haqqında). Qayığa su sızır. Divarlardan su sızır. - Bu dərə başdan-başa su qaynağı idi. Hər ağacın, hər daşın dibindən...

Sİ (ID - 35757)

is. Musiqi qamması notlarının yeddincisi.

SİAM (ID - 35758)

is. Tai tayfalarına verilən ad.

SİAN (ID - 35759)

is. Kəskin iyli, rəngsiz qaz (kimya).

SİANİD (ID - 35760)

is. Acı badam iyli rəngsiz uçucu maye.

SİBO (ID - 35761)

is. Çində yaşayan xalq.

SİCİLLƏMƏ (ID - 35762)

sif. Uzun-uzadı, çox müfəssəl, çox ətraflı surətdə (adətən “bir” sözü ilə). Bir sicilləmə söz dedi. - [Rəşid:] Qapının arasından boğazını uzadıb mənə bir sicilləmə öyüd-nəsihət verdi. İ.Hüseynov.

SİCİM (ID - 35763)

is. Yundan, keçi qılından əyrilmiş ip. [Əsgər bəy:] Xurcundan sicimi çıxart, bura ver! M.F.Axundzadə. ..Abbas dəhrəsini və sicimini götürüb.. meşəyə üz qoydu. S.S.Axundov.

SİCİMLƏMƏ (ID - 35764)

“Sicimləmək”dən f.is.

SİCİMLƏMƏK (ID - 35765)

f . Sicimlə bağlamaq. Yükü sicimləmək.

SİÇAN (ID - 35766)

is. Təsərrüfata ziyan vuran balaca, uzunsifət, uzunquyruq, adətən boz rəngli gəmirici.

SİÇANABƏNZƏR, SİÇANAOXŞAR (ID - 35767)

sif. Görünüşcə siçana oxşayan. Siçanaoxşar gəmiricilər.

SİÇANQUYRUĞU (ID - 35768)

is. bot. Nazik köklü, dəstə şəkilli budaqları olan bitki.

SİÇAN-PİŞİK (ID - 35769)

is. Uşaq oyunlarından birinin adı.
□□ Siçan-pişik (oyunu) oynamaq - aldatmaq, bir-birinə kələk gəlmək. Fəqət dərd burasındadır ki, quldurlar bizimlə siçan-pişik oynayırlar. H.Nəzərli.

SİÇOVUL (ID - 35770)

is. zool. Siçanaoxşarlar fəsiləsindən, siçandan iri, uzun, xallı quyruğu olan boz rəngli gəmirici. [Adamlar Laləşova dedilər:] Tüklü bir siçovul kimi [kooperativdə] şəkər taylarını gəmirmisən! S.Rəhimov. [Saran:] insanlardan qorxum...

SİDİK (ID - 35771)

is. Böyrəklərin, maddələr mübadiləsi məhsulu kimi ifraz etdiyi və orqanizmdən sidik tənasül üzvləri vasitəsilə çıxan su, maye.

SİDİKLİK (ID - 35772)

is. anat. Orqanizmin sidik saxlayan üzvü; sidik kisəsi.

SİDQ (ID - 35773)

is. [ər.] Sədaqət, səmimilik, ürək təmizliyi. □ Sidqlə, sidq ilə - bax sidqiürəkdən. Bitibdir dağda lalə; Oxşar gül üzdə xalə; Sidqinən sevən ürək; Axır çatar vüsalə. (Bayatı). Artıran söz qədrini sidq ilə qədrin artırar;...

SİDR (ID - 35774)

is. [ər.] bot. Ucaboylu, iynəyarpaqlı, həmişəyaşıl ağac. Şam ağacından fərqli olaraq sidr ağacının iynələri dəstələrlə yerləşir və bozumtul rəngli olur. H.Qədirov.

SİFARİŞ (ID - 35775)

is. 1. Bir şeyi hazırlamağı, yerinə yetirməyi və ya gətirməyi tapşırma, ismarlama. Sifarişlər qəbulu. - Hər iki qonağın başı üstündə iki nəfər qız durub sifarişləri qəbul edirdi. M.S.Ordubadi. // Hazırlanması tapşırılan...

SİFARİŞÇİ (ID - 35776)

is. Sifariş verən, iş tapşıran.

SİFERBLAT (ID - 35777)

[alm. Zifferblatt] Əqrəbli ölçü cihazları üzərində ölçülən kəmiyyəti hesablamaq üçün cədvəl, rəqəm, işarə olan lövhəcik. // Saatlarda: üzərində rəqəmlər olan lövhəcik.

SİFƏT1 (ID - 35778)

is. [ər.] 1. Üz. ..Hər kəs [Xudayar bəyin] sifətinə diqqətlə baxsaydı, əlüstü duyardı ki, Xudayar bəy bu dəqiqə fikir dəryasına, bəlkə qəm dəryasına qərqdir. C.Məmmədquluzadə. [Gülçöhrə:] Asya demişkən arşınmalçının...

SİFƏT2 (ID - 35779)

is. [ər.] qram. Əşyanın əlamət və ya keyfiyyətini bildirən nitq hissəsi. Sadə sifət. Mürəkkəb sifət. Sifətin müqayisə dərəcəsi.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed