İzahlı lüğət

SƏRLÖVHƏ (ID - 35480)

is. [fars. sər və ər. lövhə] Əsərin və ya qəzetin başda yazılan qısa adı; məqalənin adı; başlıq. Birinci hissənin sərlövhəsi. Məqalənin sərlövhəsi. Dastanın sərlövhəsi. - Məktubun sərlövhəsi “Vətənimizin sədaqətli...

SƏRLÖVHƏLİ (ID - 35481)

sif. Sərlövhəsi olan, sərlövhə qoyulmuş. Sərlövhəli məktub. - Bu şeir Lermontovun “Mələk"" sərlövhəli mənzuməsinə nəzirədir, - dedim. T.Ş.Simurq.

SƏRMAYƏ (ID - 35482)

SƏRMAYƏÇİ (ID - 35483)

is. və sif. Sərmayəsi olan, varlı, dövlətli; kapitalist.

SƏRMAYƏÇİLİK (ID - 35484)

is. Sərmayə sahibliyi; varlılıq, dövlətlilik. [Mahmud bəy:] Hacı! Belə müsibətlərə bais sərmayə və sərmayəçilikdir. N.Vəzirov.

SƏRMAYƏDAR (ID - 35485)

[fars.] bax sərmayəçi.

SƏRMAYƏDARLIQ (ID - 35486)

bax sərmayəçilik.

SƏRMƏ (ID - 35487)

“Sərmək”dən f.is.

SƏRMƏK (ID - 35488)

f 1. Bir şeyi qurumaq üçün ip və s. üzərinə salmaq. Xalçaları yuyub sərmək. - Qız anasının yuduğu paltarları sərmək üçün dam üstünə çıxmışdı. Ə.Məmmədxanlı. // Qurutmaq üçün meyvəni və s.-ni bir şeyin üzərinə...

SƏRNİC (ID - 35489)

is. [fars.] Misdən, saxsıdan və s.-dən qayrılmış ağzıgen bir və ya iki dəstəli qab. Sərnic dolu süd. Sərnici yağla doldurmaq. - Böyüklər mis güyüm, cürdək, vedrə, sərnic götürmüşdü. Ə.Vəliyev. Xalisə arvad ağ mis sərnici...

SƏRNİŞİN (ID - 35490)

is. [fars.] 1. köhn. Yuxarı başda əyləşən.
Müxtəlif nəqliyyat vasitələrində hərəkət edən insanlar. Getdikcə vaqonda sərnişin çoxalırdı. S.Rəhman. // [Bəhram] Reyhanı sərnişin qatarına əyləşdirdi, cibinə beş yüz manat...

SƏRPAYI (ID - 35491)

is. [fars.] köhn. Böyük məclisi, toyu və s.-ni idarə edən adam; ayaqüstü. Məclisin sərpayısı. - Toy gecələrini idarə edənə sərpayı deyərdilər. H.Sarabski.

SƏRPAYILIQ (ID - 35492)

is. köhn. Toyda, məclisdə və s.-də qonaqlara xidmət etmə; ayaqüstü. Məclisdə sərpayılıq etmək.

SƏRPMƏK (ID - 35493)

f . Bədəndə yumşaq toxumaların zədələnməsi; yıxılmaq, dartınmaq.

SƏRPUŞ (ID - 35494)

is. [fars.] 1. köhn. Baş örtüyü, örtük. Gəncin sərpuşu niqab qarışıq [Beyrəyin] qoltuğunda qaldı. M.Rzaquluzadə. Soyumamaq üçün xörək çəkilmiş qabın üstünə qoyulan kasayaoxşar mis qab; qalpaq. Plovun üstündə də bir mis...

SƏRRAC (ID - 35495)

is. [ər.] Yəhər və sair qoşqu ləvazimatı qayırıb satan adam. [Bir kişi:] Yoldaşımın adı Məşədi Səttardır. Şuşada sərrac dükanı var. Ə.Haqverdiyev. Qafqaz şəhərlərinin birində Usta Zeynal adlı bir sərrac öz arvadı Şərəfnisə...

SƏRRACLIQ (ID - 35496)

is. Sərrac işi, sərrac peşəsi, sənəti. Usta Zeynal sərraclıq etməklə külfətini bir tövr dolandırırdı. S.S.Axundov. // Dəridən müxtəlif şeylər hazırlayan.

SƏRRAF (ID - 35497)

is. [ər.] 1. Müəyyən faizlə pul dəyişməklə məşğul olan (adam). ..Kağızlarını yoxladığım zaman sərrafların yanında yüz min tümən əmanət pul qoyulduğunu gördüm. M.S.Ordubadi. [Səttar] sonra baratı dəyişmək üçün yaxındakı...

SƏRRAFLIQ (ID - 35498)

is. Sərraf (1-ci mənada) işi, peşəsi, sənəti. [Hacı Rəcəbəli:] Bu qəzvinli Şeydadır ki, gündüz sərraflıq elər, gecə əyyarlıq. M.F.Axundzadə.

SƏRRAST (ID - 35499)

sif. və zərf [fars.] 1. Duz, düzgün, dəqiq, hədəfi düz vuran. Sərrast atıcı. Gülləni sərrast atmaq. - Düşmən dərhal bizim sərrast top atəşimizin altına düşdü. Ə.Əbülhəsən. Belə müştərək ovun yaxşı cəhəti odur ki,...

SƏRRASTCA (ID - 35500)

zərf Sərrast, düz, birbaşa. [Əsgər:] Hər halda bu top güllələrindən sərrastca gedib zabit qazmasına da düşəni olub. Ə.Əbülhəsən.

SƏRRASTLIQ (ID - 35501)

is. 1. Sərrast şeyin halı.
Düzgünlük, mütənasiblik (bədəndə), təndürüstlük. ..Qızın sifətindəki mərdanə gözəllik, sərrastlığı, ..danışığındakı cazibə.. [Səlimin] gözündən qaçmamışdı. B.Bayramov.

SƏR-SAHMAN (ID - 35502)

is. Səliqə, qayda, nizam. Üst-başını sər-sahmana salmaq. Otaqda sərsahman yaratmaq. - Şəhərdə sakin olduqdan sonra Nurcahan xala evin sər-sahmanı ilə məşğul olardı. H.Sarabski.

SƏRSƏM (ID - 35503)

sif. [fars.] Ağlını itirmiş, zehni qarışmış, fikri azmış. [Kabla Türbət:] Cənab həkim, mən bu dəli, sərsəm Heydərin atabir, anabir qardaşıyam. C.Məmmədquluzadə. Axırı Şaban sərsəm halətinə gəldi. Ə.Haqverdiyev. □ Sərsəm...

SƏRSƏMLƏMƏ (ID - 35504)

“Sərsəmləmək”dən f.is.

SƏRSƏMLƏMƏK (ID - 35505)

f Hər hansı bir səbəbdən ağlını itirmək, gicəlmək, dəli kimi olmaq, zehni qarışmaq. [Şabanın] sərsəmləyən (f.sif.) vaxtda dilindən Gülsüm adı bilmərrə düşmürdü. Ə.Haqverdiyev.

SƏRSƏMLİK (ID - 35506)

is. Sərsəm hal və vəziyyət və ya sərsəmcəsinə iş, hərəkət; dəlilik, ağılsızlıq. [Musa:] Fəqət ilanı öldürüb də yavrusunu buraxmaq sərsəmlik deyilmi ... ya? H.Cavid. Qızın elçisiz, sorğusuz-sualsız qoşulub gəlməsi sərsəmlikdir,...

SƏRSƏR (ID - 35507)

is. [ər.] Güclü və soyuq külək.

SƏRSƏRƏ (ID - 35508)

bax dənlik 2-ci mənada.

SƏRSƏRİ (ID - 35509)

sif. [fars.] 1. İşi-gücü və müəyyən yeri olmayıb orada-burada dolaşan, heç bir işlə məşğul olmayan; avara, veyil. [Zeynalı] belə sərsəri həyata kefdən .. ayılmayan bəzi arqadaşları .. sürükləmişdi. S.Hüseyn. // İs. mənasında....

SƏRSƏRİLİK (ID - 35510)

is. Sərsəri adamın halı; avaralıq, veyillik. Sərsərilik etmək.

SƏRT (ID - 35511)

sif. 1. Bərk, möhkəm. Sərt daş. - Bu vaxt yaxında, sərt qayaların dalında insan gülüşləri, külüng və motor səsləri eşidildi. Z.Xəlil.
2. Şiddətli, kəskin (yumşaq, mülayim ziddi). Sərt iqlim. Sərt soyuq. Sərt şaxta. Sərt...

SƏRTLƏŞMƏ (ID - 35512)

“Sərtləşmək”dən f.is.

SƏRTLƏŞMƏK (ID - 35513)

f . 1. Getdikcə yumşaqlığı, mülayimliyi azalmaq, kəskinləşmək, daha da sərt olmaq, daha da şiddətlənmək, qatılaşmaq. Hava daha da sərtləşir, külək daha da gücləşirdi. C.Cabbarlı. Külək gah mülayim əsir, gah sərtləşir....

SƏRTLİK (ID - 35514)

is. 1. Sərt şeyin halı, keyfiyyəti; bərklik, möhkəmlik. Qayanın sərtliyi.
məc. Xasiyyətdə tündlük, tündməzaclıq, kəskinlik. Əsgər özünü yığışdırdı. O, Dəmirovun yumşaqlığı içərisində olan sərtliyini də yaxşı...

SƏRV (ID - 35515)

is. [fars.] 1. bot. Cənubda bitən iynəyarpaqlı, həmişəyaşıl ağac. Sərv 20-25 metr hündürlükdə, iynəyarpaqlı, həmişəyaşıl ağacdır. iynə yarpaqları pulcuqşəkillidir. H.Qədirov. Axşamlar [Afaq] şairlə bərabər bağçadakı...

SƏRVAXT (ID - 35516)

sif. və zərf [fars. sər və ər. vəqt] Sayıq, gözüaçıq, ehtiyatlı, ayıq. Sərvaxt olmaq. - [Adilin] hər işində, hətta gülüşündə və zarafatında belə ciddi, sərvaxt bir ağılın hakim sürdüyü duyulurdu. I.Əfəndiyev. Fərid...

SƏRVAXTLIQ (ID - 35517)

is. Sərvaxt olma, ehtiyatlılıq, gözüaçıqlıq, ayıqlıq, sayıqlıq. Sərvaxtlıqdan söhbət gedəndə Paşa bəy bir neçə dəfə Xalıqverdinin adını çəkdi. Ə.Vəliyev.

SƏRVBOY(LU) (ID - 35518)

sif. şair. Sərv kimi boyu olan, uca və zərif qamətli. Hüsnünü yad eyləsəm, ey sərvboylu dilbərim; Firqətindən çeşmətək axar gözümdən yaşlar. Xətayi. // Is. mənasında. Dolan, sərvboylum, dolan; Sənsən məni eşqə salan. Aşıq...

SƏRVƏR (ID - 35519)

is. [fars.] klas. Başçı, rəis, rəhbər. // Məc. mənada. Mən şaham, ey gözəllərin sərvəri; Qurbanam Vaqif tək qul ilən sənə! M.P.Vaqif. O sərvəri-xuban, o şahisənəm; Mübarək əlilə etməsə məlhəm; Gözümün qan yaşı qurumaz...

SƏRVƏT (ID - 35520)

is. [ər.] 1. Var, dövlət. Böyük sərvət və mülk sahibi Hacı Kərim iki gün əvvəl vəfat etmişdi. Çəmənzəminli. Hacının sərvəti haqqında növbənöv hekayətlər söylənirdi və onun banklarda olan pulunun qədərini milyon hesab...

SƏRVƏTDAR (ID - 35521)

f [ər. sərvət və fars. ...dar] Sərvət sahibi olan adam; kapitalist, dövlətli, varlı. Kluba və bələdiyyəyə üzv olmaq sərvətdarlar arasında da böyük bir şərəf sayılırdı. A.Şaiq. Birdən eşidir ki, filan kənddə filan sərvətdar...

SƏRVƏTLƏNMƏ (ID - 35522)

“Sərvətlənmək”dən f.is.

SƏRVƏTLƏNMƏK (ID - 35523)

f . Sərvət sahibi olmaq, sərvətə malik olmaq, sərvətli olmaq; varlanmaq.

SƏRVƏTLİ (ID - 35524)

sif. və is. Sərvəti olan, dövlətli, varlı, sərvətdar. Sərvətli adam. - Ətrafdan həyəcanlı səslər gəlirdi; sərvətlilər qızıllarını basdırırdılar, fəqirlər də damlara doluşub “Allah” sədasını göyə qovzayırdılar....

SƏRVQAMƏT(Lİ), SƏRVQƏD(Lİ) (ID - 35525)

bax sərvboy(lu). Getdi başından, könül, ol sərvqəddin sayəsi; Ağla kim, idbarə təbdil oldu iqbalın sənin. Füzuli.

SƏRVLİK (ID - 35526)

is. Sərv ağacları bitmiş yer, sərv ağacları əkilmiş yer. O səhra ki başdan-başa tikandı, qumdu; Döndü sərin kölgə salan sərvliklərə. Ə.Cəmil.

SƏRZƏNİŞ (ID - 35527)

is. [fars.] 1. Qaxınc, danlaq, tənə, məzəmmət; başa qaxma. Məmməd bəy Ağabəyimin sərzənişinin mənasını anladı. Çəmənzəminli. [Arif:] Artıq yetişir bu sərzənişlər; Əfv eylə, qüsurə baxma, Xavər! H.Cavid. □ Sərzəniş...

SƏS (ID - 35528)

is. 1. Qulağa gələn, eşidilən səda; eşitmə orqanının qavradığı şey; ün, səda. Uzaqdan səs gəlir. Zurna səsi. Top səsi. - Həyətdə Cəfər əminin fiti və tənbəl-tənbəl atılan addımlarının səsi eşidilirdi. H.Nəzərli....

SƏSGÜCLƏNDİRİCİ, SƏSGÜCLƏNDİRƏN (ID - 35529)

is. xüs. Səsi (həm adam, həm musiqi alətlərinin və s.-nin səsini) gücləndirmək üçün cihaz. // Sif. mənasında. Səsgücləndirici cihazlar.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed