İzahlı lüğət

SAÇAQLAMA (ID - 34229)

“Saçaqlamaq”dan f.is.

SAÇAQLAMAQ (ID - 34230)

f 1. Saçaq etmək, saçaq salmaq.
2. Tel-tel etmək. Kəkliyi bıçaqlaram; Tüklərin saçaqlaram; Vədə verib gəlməsən; Balıncı qucaqlaram. (Bayatı).

SAÇAQLANMA (ID - 34231)

“Saçaqlanmaq”dan f.is.

SAÇAQLANMAQ (ID - 34232)

f . Saçaq-saçaq olmaq, saçaqlar şəklində sallanmaq. Qışda bu atların tükləri bir qarışdan da artıq saçaqlanır, sonra da yapağı bir yapıncı kimi üstlərinə yapışardı. S.Rəhimov. Yaşıl otlar qol-budaq verib, saçaqlanaraq arxın...

SAÇAQLI (ID - 34233)

sif 1. Saçaqları olan, saçaq salınmış, saçaq qoyulmuş. Saçaqlı xalı. Saçaqlı süfrə. Saçaqlı yaylıq. Saçaqlı pərdə. - [Qadın] başına nə qədər sığal vurdusa da, kirpi saçlarını yatırda bilmədi, əlindəki saçaqlı dəsmalı...

SAÇAQ-SAÇAQ (ID - 34234)

zərf Saçaqlardan ibarət, saçaq halında. Sənəmin başı .. saçaq-saçaq sallanan sünbüllərin arasına əyilmişdi. Ə.Əbülhəsən. Qaranlıq əriyib sabah olacaq; Günəş doğacaq, qızıl telləri saçaq-saçaq. R.Rza.

SAÇAYIRAN (ID - 34235)

is. Keçmişdə: qadınların saçının tağ şəklində qalması üçün başa vurulan naxışlı sancaq. [Yengə xonçasında] olar: sabun, duxi, odekolon, iynə, üskük, saçayıran, yelpazə. R.Əfəndiyev.

SAÇBAGI (ID - 34236)

is. Saça, hörüyə bağlanan lentşəkilli bağ. Yarpaqtək əsən olsan; Saçbağın kəsən olsan; Əzrail mənə neylər; Başım üstə sən olsan. (Bayatı).

SAÇ-BİRÇƏK (ID - 34237)

top. Başda olan saçın, birçəyin hamısı.
□□ Saç-birçək ağartmaq - bax saç ağartmaq. Saç-birçək dalaşmaq (qoymamaq) bax saçyolmaya çıxmaq. [Səttar bəy:] Əlavə, Fatma xala ilə Çiçək xanım küçədə saçbirçək dalaşıblar....

SAÇILMA (ID - 34238)

“Saçılmaq”dan f.is.

SAÇILMAQ (ID - 34239)

A Dağılmaq, yayılmaq, səpələnmək, ətrafı bürümək. Göy səmti açıldıqca könüllər də açıldı; Dünya üzünə zövq, səfa endi, saçıldı. A.Səhhət. Güllərin ətri otların iyinə qarışıb ətrafa saçılmaqda idi. T.Ş.Simurq....

SAÇQIRAN (ID - 34240)

is. Saçın qırılıb tökülməsinə səbəb olan xəstəlik; muryana.

SAÇLAMA (ID - 34241)

“Saçlamaq”dan f.is.

SAÇLAMAQ (ID - 34242)

f . Saçından tutub dartmaq.
Kərbəlayı Həsən yerindən sıçrayıb arvadı saçladı və baş-göz deməyib, hər yerinə yumruqdan döşədi. Çəmənzəminli. Şahpəri sözünün dalını gətirməmiş, qarı yaşına yaraşmayan bir cəldliklə...

SAÇLANMA (ID - 34243)

“Saçlanmaq”dan f.is.

SAÇLANMAQ (ID - 34244)

f . Başı saçla, tüklə örtülmək, saçı çıxmaq.

SAÇLAŞMA (ID - 34245)

“Saçlaşmaq”dan f.is.

SAÇLAŞMAQ (ID - 34246)

qarş. Bir-birinin saçından tutaraq dartmaq; dalaşmaq. [Asya:] [Gülsabah və Turac] az qalıb ki, lap saçlaşsınlar. C.Cabbarlı.

SAÇLI (ID - 34247)

sif. Başında saçı olan. Cavanların arasından çesuça kostyumla lak çəkmə geymiş saçlı, tökmərək bir oğlan çıxıb irəli gəldi. Ə.Əbülhəsən.

SAÇLI-BİRÇƏKLİ (ID - 34248)

sif. Gözəl uzun saçları olan. [Qızın anası:] Bax, saçlı-birçəkli, boylubuxunlu, ədəbli-ərkanlı, gözəl-göyçək qız bəsləmişəm. H.Sarabski.

SAÇLI-SAQQALLI (ID - 34249)

sif. Uzun saçı və saqqalı olan. Şəkildə saçlı-saqqallı bir kişi təsvir olunmuşdu.

SAÇMA (ID - 34250)

1. “Saçmaq”dan f.is.
Bax qırma 2-ci mənada. Xəlil isə atdığı saçmanın gilizini çıxardıb üflədi. M.Hüseyn. Tək bir saçma [quşun] sol qanadının ucunu dəlib keçmiş, sümüyü sındırmamışdı. M.Rzaquluzadə. Məmmədxanla...

SAÇMAQ (ID - 34251)

f . Yaymaq, səpmək, tökmək. Günəşin şüaları qüvvədən düşmüş və yayda saçdığı hərarəti verməkdən aciz idi. T.Ş.Simurq. Sifətində şəfəq saçan; Bir sevincdir, bir də bahar. N.Xəzri. Başı üstündə o tiflin dayanan;...

SAÇMALAMA (ID - 34252)

“Saçmalamaq”dan f.is.

SAÇMALAMAQ (ID - 34253)

f. Mənasız, yersiz sözlər demək; boş, məntiqsiz danışmaq.

SAÇ-SAQQAL (ID - 34254)

is. Başda, özdə olan tüklər. Saç-saqqalını vurdurmaq. - [Hüseyn:] Mən sizi 6-7 ay əvvəl bir kişi ilə bərabər gəzən görərdim. Onun yıpranmış vücudu, bozarmış saç-saqqalı yaşının əllidən artıqlığını bildirirdi. S.Hüseyn....

SAÇSIZ (ID - 34255)

sif. Başında saç, tük olmayan; tüksüz, daz.

SAÇŞƏKİLLİ (ID - 34256)

sif. Saçabənzər, saç kimi, saç nazikliyində.

SAÇYOLMA (ID - 34257)

saçyolmaya çıxmaq - bərk dalaşmaq, bir-birinin saçını yolmaq (ancaq qadınlar haqqında). Ara qarışır, ana-qız düşürlər Haf Səkinənin üstə, saçyolmaya çıxırlar. M.Əliyev.

SADAĞA (ID - 34258)

bax sədəqə. Sadağa saraydan çıxmaz. (Ata. sözü). Bənövşələr başın salsın aşağa; Nərgiz olsun gözlərinə sadağa. Q.Zakir. Ələsgər sənə sadağa; Üzün məndən niyə döndü? Aşıq Ələsgər.

SADAQ (ID - 34259)

is. köhn. Oxqabı. Siyirə qılıncı, çəkə qalxanı; Səksən oxu sadağından boşala. “Koroğlu” . [Qaragünün] başının üstündən, divarda.. bir qılınc, qalxan, yay və sadaq asılmışdı. M.Rzaquluzadə.

SADALAMA (ID - 34260)

“Sadalamaq”dan f.is.

SADALAMAQ (ID - 34261)

f . Adbaad, bir-bir saymaq.
Ev şeylərini bir-bir sadalamaq. Uşaqların adını sadalamaq. - Bundan əlavə, yenə də qeyri səbəblər ola bilər, hamısını sadalamağa ehtiyac yoxdur. F.Köçərli. Nəyiniz var? soruşdum; O mənə daş-qaşlarını...

SADALANMA (ID - 34262)

“Sadalanmaq”dan f.is.

SADALANMAQ (ID - 34263)

məch. Adbaad, bir-bir sayılmaq. Məqalədə ancaq faktlar sadalanır.
Gəldim, dərdim azala; Dərd ta da sadalandı. (Bayatı).

SADƏ (ID - 34264)

sif. [fars.] 1. Mürəkkəb olmayan, çətin olmayan, asan həll olunan, bəsit, asan. Sadə məsələ. Sadə iş. - Bu şərtlər olduqca sadə idi. S.Hüseyn. [Orxan:] Bət-bənizin solmuş, çöhrən dəyişmiş; Qolay sanma, deyil bu sadə bir iş....

SADƏCƏ (ID - 34265)

sif. və zərf 1. Sadə. [Cənnətəli:] Mənim cəmi şeirlərim belə abdar, belə sadəcədir. Çəmənzəminli. Dumanlı dağlara boylanıb durur; indidən sadəcə rəsmlər qurur. S.Vurğun. [Qız] güllü çitdən sadəcə don geymiş, qalın hörüklərinin...

SADƏDİL (ID - 34266)

sif. [fars.] Ürəyi sadə, ürəyi təmiz, hiyləbilməz; sadəqəlbli, safürəkli. Sadədil adam. - Biçarə, sadədil, zavallı aşıq; Danışma bu sözü, danışma artıq. M.Müşfiq. // Avam, hər şeyə inanan, yazıq. Sadədil muzdur indi anladı...

SADƏDİLLİK (ID - 34267)

is. Sadədil olma, ürəyisaflıq, ürəyitəmizlik, hiyləbilməzlik, sadəqəlblilik, safürəklilik. Nazlı isə onun barəsində, sadədilliklə (z.) [Veysdən] soruşmuşdu. Ə.Əbülhəsən.

SADƏQƏLB (ID - 34268)

[ər.] bax sadədil.

SADƏQƏLBLİK (ID - 34269)

is. bax sadədillik.

SADƏLƏŞDİRİLMƏ (ID - 34270)

“Sadələşdirilmək’dən f.is.

SADƏLƏŞDİRİLMƏK (ID - 34271)

məch. Sadə hala salınmaq, daha sadə edilmək, bəsitləşdirilmək, asanlaşdırılmaq.

SADƏLƏŞDİRMƏ (ID - 34272)

“Sadələşdirmək”dən f.is.

SADƏLƏŞDİRMƏK (ID - 34273)

f Sadə şəklə salmaq, bəsitləşdirmək, asanlaşdırmaq. Sxemi sadələşdirmək. Maşının konstruksiyasını sadələşdirmək. Orfoqrafiyanı sadələşdirmək. - Məşədibəy izahını daha da sadələşdirdi. M.Hüseyn. // məc. Bəsitləşdirmək,...

SADƏLƏŞMƏ (ID - 34274)

“Sadələşmək”dən f.is. Hər şey sadələşmədə, sən də sadələş; Bir insan kimi. M.Müşfiq.

SADƏLƏŞMƏK (ID - 34275)

f . Daha sadə (bəsit) olmaq, bəsitləşmək; asanlaşmaq.

SADƏLİK (ID - 34276)

is. 1. Sadə şeyin halı, bəsitlik. Layihənin sadəliyi.
məc. Sadədillik, safürəklilik, düzürəklilik, hiyləbilməzlik, avamlıq dərəcəsinə çatan sadəlövhlük. Sadəliyindən, avamlığından [Səriyyə] hələ də başına gələn...

SADƏLÖVH (ID - 34277)

[fars. sadə və ər. lövh] 1. Bax sadədil. Məryəm on iki yaşında, qırmızıyanaq, sadəlövh bir qız idi. Çəmənzəminli. Sadəlövh arvadlar Cavahirin cavabından xəbərdar olandan sonra güman edirdilər ki, Cavahirin taqsırını bağışlayıb,...

SADƏLÖVHANƏ (ID - 34278)

zərf köhn. Sadəlövhcəsinə, avamcasına. Bir az sükutdan sonra Kərbəlayı Məhəmməd sadəlövhanə bir maraq ilə başladı. Çəmənzəminli.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed