SÜRƏKÇİ (ID - 36781)is. ovç. Kollektiv heyvan ovunda ovu ovçulara tərəf qovan adam.
|
SÜRƏKLİ (ID - 36782)Çox sürən, davamlı, uzun. Sürəkli xəstəlik. - Sürəkli alqışlarla Sona xala kürsüdən endi. S.S.Axundov. [Yağış] bir saat sürəkli yağarsa, aləmi tufana verir. A.Şaiq. Dəstənin sürəkli atəşi hamıya ürək verdi. M.Hüseyn.
|
SÜRƏKLİLİK (ID - 36783)is. Sürəkli olma, uzun sürmə, davamlılıq.
|
SÜRƏKSİZ (ID - 36784)sif Çox sürməyən, çox davam etməyən, çox çəkməyən, davamsız, çox qısa.
|
SÜRƏKSİZLİK (ID - 36785)is. Sürəksiz olma, çox sürməmə, çox davam etməmə, qısalıq.
|
SÜRƏT (ID - 36786)is. [ər. ] 1. Hər hansı bir hərəkətin itilik, tezlik dərəcəsi; çapıqlıq. Qaçışın sürəti. Səsin sürəti. Uçuşun sürəti. - Ay saf göydə öz gediş sürətini artırmamış, ağ pambıq kimi seyrək buludlar onu gəlin aparan kimi...
|
SÜRƏTÇİ (ID - 36787)is. 1. Çox sürətli iş üsulları mütəxəssisi, çox sürətli üsullarla işləyən fəhlə. Sürətçilər briqadası.
2. Sürətli qaçış ustası olan idmançı. |
SÜRƏTLƏ (ID - 36788)zərf Tez, cəld, iti. Sürətlə uzaqlaşmaq. Sürətlə addımlamaq. - Xudat stansiyasından Qusara gələn avtobus sürətlə boşaldı. Çəmənzəminli. Çayın dilə gəlmiş suyu sürətlə ətrafa yayılır, o taydakı çəltik və pambıq əkinlərini...
|
SÜRƏTLƏNDİRİCİ (ID - 36789)is. tex. Bir prosesi sürətləndirən cihaz, qurğu, maddə və s. // Sif. mənasında. Sürətləndirici cihaz.
|
SÜRƏTLƏNDİRMƏ (ID - 36790)“Sürətləndirmək”dən f.is.
|
SÜRƏTLƏNDİRMƏK (ID - 36791)f . 1. Sürətini artırmaq, tezləşdirmək. Addımlarını sürətləndirmək. işi sürətləndirmək. - Bəbirbala maşını sürətləndirdi. S.Rəhimov.
2. Tezləşdirmək, zamanca yaxınlaşdırmaq. Səfəri sürətləndirmək. Müalicəni... |
SÜRƏTLƏNMƏ (ID - 36792)“Sürətlənmək”dən f.is.
|
SÜRƏTLƏNMƏK (ID - 36793)f . 1. Daha da sürətli olmaq, sürəti artırmaq, tezləşmək. Hərəkət sürətləndi. Sel get-gedə sürətləndi.
2. Tezləşmək, qabağa düşmək, tez əmələ gəlmək, tez baş vermək. Hadisələr sürətləndi. |
SÜRƏTLİ (ID - 36794)sif. Çox iti, çox yeyin, çox çapıq (hərəkət haqqında). Sürətli cərəyan. Sürətli qaçış. - Sürətli dalğalarla siz bizə yaxlaşınca; içimizə həyatın cilvələri saçılır. M.Müşfiq. Tahirzadə sürətli addımlarla qabağa keçəndə...
|
SÜRƏTÖLÇƏN (ID - 36795)is. Avtomobilin, motosiklin hərəkətinin sürətini, habelə onların keçdiyi məsafəni göstərən cihaz; spidometr. indi sürətölçənin əqrəbi axıra dirənsə də, Çiçək Ümidi danlayırdı. B.Bayramov.
|
SÜRƏYYA (ID - 36796)is. [ər.] Yeddiqardaş ulduzlar, ülkər, pərvin.
|
SÜRFƏ (ID - 36797)is. [ər.] zool. Canlı orqanizmin (həşəratın, cücülərin və s.-nin) ilk inkişaf mərhələlərindən biri, pupun ilk inkişaf dövrü.
|
SÜRGƏC (ID - 36798)is. Kirşələrin ağac (ya metal) parçasından ibarət olan, qar üzərində sürüşən alt hissələrindən hər biri.
|
SÜRGÜ (ID - 36799)is. Qapını, pəncərəni daldan bağlamaq üçün ağac və ya dəmir parçası; kilid, qol. Qapının sürgüsünü vurmaq. // Cəftə, rəzə.
|
SÜRGÜQOLU (ID - 36800)is. 1. tex. Maşında, mexanizmdə pistonu (porşeni) mühərrikin valı ilə birləşdirən və işləyəndə hərəkəti ötürən detal, hissə. Pistonun aşağıya hərəkəti sürgüqolu vasitəsilə dirsəkli vala keçərək onu fırlanmağa məcbur...
|
SÜRGÜN (ID - 36801)is. 1. Məhkəmənin hökmü ilə cəza olaraq bir şəxsi məcburi surətdə başqa (adətən uzaq) bir yerə köçürmə, cəza çəkmək üçün yaşadığı yerdən başqa bir yerə göndərmə. Sürgün cəzası. Ömürlük sürgün. Sürgünə göndərmək....
|
SÜRMƏ1 (ID - 36802)is. 1. Qadınların qaşlarına, gözlərinə çəkdikləri qara boya, toz. Sürmə çox olanda gözə də çəkərlər, qaşa da. (Məsəl). Sürmə çəksin gözlərinə, qaşına; Gündə yüz yol mən dolanım başına. Q.Zakir. [Hafizə xanım Sayada:]...
|
SÜRMƏ2 (ID - 36803)is. bax siyirmə2. Stolun sürməsini açmaq.
|
SÜRMƏ3 (ID - 36804)bax siyirmə3. [Gilə] içəri girib qapını örtdü və sürməsini vurdu. Ə.Vəliyev. [Hacıgili] ..qapını əl ilə bağlayıb, açılmasın deyə uzun ağac sürməni də keçirmişdilər dalına. İ.Əfəndiyev.
|
SÜRMƏK1 (ID - 36805)f 1. Qabağına qatıb irəli hərəkət etdirmək, aparmaq, istiqamətləndirmək. Qoyunları sürmək. Naxırı çölə sürmək. - Divar dibində, kölgədə xoruz, toyuqlar uyqular; Naxırçılar qaramalı sürüb sərin suya salar. Səhhət. // ...
|
SÜRMƏK2 (ID - 36806)f. 1. Davam etmək, çəkmək. Külək üç gün sürdü. İclas iki saat sürdü. Xəstəliyi uzun sürdü.
2. Vaxt keçmək, zaman keçmək. Heç bir saat sürmədi ki, özü gəldi. |
SÜRMƏK3 (ID - 36807)f. Şumlamaq. Tarlanı sürmək.
|
SÜRMƏLƏNMƏ (ID - 36808)“Sürmələnmək”dən f.is.
|
SÜRMƏLƏNMƏK (ID - 36809)qayıd. Qaşlarına, gözlərinə, kirpiklərinə sürmə çəkmək. Bir qıya çəkəndə aldı canımı; Gözləri qüdrətdən sürmələnibdir. Aşıq Ələsgər. Şəhla xanım sürmələnmiş (f.sif.) qaşlarını dartdı. S.Rəhimov.
|
SÜRMƏLİ (ID - 36810) |
SÜRMƏYİ (ID - 36811)is. Qara ilə göy arasında tünd rəng. // sif. Bu rəngdə olan. Sürməyi parça. Sürməyi rəng. Sürməyi paltar. - [Nərimanın] ayaqlarında uzunboğaz çəkmə, əynində sürməyi yun parçadan köynək-şalvar var idi. İ.Əfəndiyev. [Mehribanın]...
|
SÜRPRİZ (ID - 36812)is. [fr.] Gözlənilməyən hədiyyə, yaxşılıq, xoş xəbər.
|
SÜR-SÜMÜK (ID - 36813)top. İri və xırda sümüklər. Adama elə gəlirdi ki, [Karlın] tərpənən kimi bütün sür-sümüyü bəndlərindən aralanıb töküləcəkdir. Ə.Əbülhəsən. // Ümumiyyətlə, sümüklər, sümük qırıntıları. Bu ət deyil, sürsümükdür....
|
SÜRTGƏC (ID - 36814)is. 1. Tərəvəzi və s.-ni xırdalamaq, meyvənin suyunu çıxarmaq üçün iti dişcikləri və deşikləri olan metal və s.-dən alət, lövhəcik. Kələmi sürtgəcdən keçirmək. Çuğunduru sürtgəcdən keçirmək.
2. Suvağın üzünü... |
SÜRTKÜ (ID - 36815)is. Sürtməyə məxsus maddə. □ Sürtkü yağları q, sürtmək üçün neftdən emal edilən yağların ümumi adı. Yanacaq və sürtkü yağları ehtiyatı. - [Mazutdan] vazelin, parafin və sürtkü yağları alırlar. “Üzvi kimya” .
|
SÜRTMƏ (ID - 36816)“Sürtmək”dən f.is.
|
SÜRTMƏK (ID - 36817)f 1. Əlini bədənin müəyyən yerinə basa-basa o tərəf-bu tərəfə gəzdirmək, ovxalamaq. Qolunu sürtmək. Üzünü sürtmək. Kürəyini sürtmək. - [Fatma:] Hərdən əlini başına sürtüb, al qana bulaşmış bir halda ay işığına tutur,...
|
SÜRTÜK1 (ID - 36818)sif. 1. Sürtülmüş halda olan, çox sürtülməkdən yazısı, naxışı silinib getmiş, pozulmuş. Sürtük sikkə.
2. məc. Sırtıq, üzlü, həyasız, utanmaz. Sürtük adam. |
SÜRTÜK2 (ID - 36819) |
SÜRTÜKLÜK (ID - 36820)is. 1. Sürtülmüş şeyin halı.
2. məc. Sırtıqlıq, üzlülük, həyasızlıq, utanmazlıq. |
SÜRTÜLMƏ (ID - 36821)“Sürtülmək”dən f.is.
|
SÜRTÜLMƏK (ID - 36822)1. “Sürtmək”dən məch. Aynabəndin döşəməsi ayaqlar altında o qədər sürtülmüşdü ki, taxtaların talaşası çıxmışdı. Mir Cəlal. Musa kişi daha tərəddüd etmədən əlini cibinə salıb, üzü sürtülmüş (f.sif.), dördqat...
|
SÜRTÜNMƏ (ID - 36823)“Sürtünmək”dən f.is.
|
SÜRTÜNMƏK (ID - 36824)qayıd. Özünü bir şeyə sürtmək, toxundurmaq. Divara sürtünmək. Ağaca sürtünmək. - Naxırdan ayrılaraq həyətə dönmüş sarı inək ağır-ağır yeriyib Səkmənin yanına gəldi, yorğun-yorğun ona sürtündü. M.İbrahimov. Mal-qara...
|
SÜRTÜŞKƏN (ID - 36825)sif. Sürtüşməyi (adama sataşmağı) sevən, adama sataşmağı adət etmiş, adama sataşan.
|
SÜRTÜŞKƏNLİK (ID - 36826)is. Adama sürtüşmək, sataşmaq xasiyyəti.
|
SÜRTÜŞMƏ (ID - 36827)“Sürtüşmək”dən f.is.
|
SÜRTÜŞMƏKf (ID - 36828)1. qarş. Bir-birinə sürtünmək, toxunmaq. // Toxunmaq, dəymək, sürtünmək. [Münəvvər xanım:] Vallah, mərəzin şiddətindən libaslarım bədənimə sürtüşəndə bədənim bütün sızıldayır. M.S.Ordubadi. [Dadaş Balaxanıma dedi:]...
|
SÜRÜ (ID - 36829)is. Bir yerdə otlayan, adətən bir cür heyvan dəstəsi. Qoyun sürüsü. inək sürüsü. Quzu sürüsü. - Sürülər, itlər, çobanlar ormana, sərin kölgəliklər altına çəkilmişdi.. A.Şaiq. Ferma işçiləri sürünü qarşıladı.
M.... |
SÜRÜCÜ (ID - 36830)is. Maşını, traktoru və s.-ni idarə edən, sürən adam (şofer, traktorçu və s.). Üç yolun ayrıcında dayanmış traktorun; Sürücüsü yol verir gedən-gələn maşına. Ə.Cəmil.
|
Bu səhifə dəfə baxılıb