SUVAQLAMA (ID - 36631)“Suvaqlamaq”dan f.is.
|
SUVAQLAMAQ (ID - 36632)f Suvaq çəkmək, mala çəkmək, malalamaq.
|
SUVAQLI (ID - 36633)sif Suvaq çəkilmiş, suvağı olan; malalı. Üz-üzə durmuşdur suvaqlı damlar; Hay verib, hay alır gümrah adamlar. S.Vurğun. Sahil. ..Suyun gümüş aynasında əks olunur; Ağ suvaqlı böyük bir bina. O.Sarıvəlli.
|
SUVAQSIZ (ID - 36634)sif. Suvaq çəkilməmiş, suvağı olmayan; malasız. Suvaqsız divarda qədim tüfənglər və qılınclar asılmışdı, rəflərdə pas basmış mis qablar üst-üstə yığılmışdı. Çəmənzəminli.
|
SUVAMA (ID - 36635)“Suvamaq”dan f.is.
|
SUVAMAQ (ID - 36636)f . Suvaq çəkmək, malalamaq.
Çox çəkmədi ki, gəlinlər gəlib [şairin] daxmasını suvadılar. Ə.Məmmədxanlı. |
SUVAND (ID - 36637)bax əyə2. İlk əyələr (suvand) köpəkbalığının dərisindən hazırlanmışdır. Belə əyələrlə ağacı, hətta mərməri cilalamaq olurdu.
|
SUVANDLAMA (ID - 36638)“Suvandlamaq”dan f.is.
|
SUVANDLAMAQ (ID - 36639)bax əyələmək.
|
SUVANMA (ID - 36640)“Suvanmaq”dan f.is.
|
SUVANMAQ (ID - 36641)məch. Suvaq, mala çəkilmək; malalanmaq. İndi də divarlar sementlə suvanır, körpüyə döşənəcək taxtaya mazut sürtülür, qaralmış, qalın pərdilər körpü salınan yerə yaxın çəkilib rahlanırdı. Ə.Əbülhəsən. Otaqların üstü...
|
SUVARMA (ID - 36642)1. “Suvarmaq”dan f.is.
2. Suvarmaqla bağlı olan, suvarmaya məxsus. Suvarma sistemi. Suvarma kanalı. Suvarma qurğusu. |
SUVARMAQ (ID - 36643)f . 1. Süni vasitələrlə torpağı, yeri islatmaq, nəmləndirmək; sulamaq. Ləkləri suvarmaq. Əkin yerlərini suvarmaq. - Hər suçunun cirəsi gündə bir hektar yeri suvarmaqdır. Ə.Vəliyev. Çəpərin kölgəsində yaşıl qalmış nar kollarının...
|
SUVAŞQAN (ID - 36644)sif. Yapışan, yapışqan. Suvaşqan maddələr.
|
SUVAŞQANLIQ (ID - 36645)is. Suvaşqan maddənin xassəsi. Kitrənin suvaşqanlığı.
|
SUVAŞMA (ID - 36646)“Suvaşmaq”dan f.is.
|
SUVAŞMAQ (ID - 36647)f . Yapışmaq (suvaşqan şey haqqında). Yastı-yapalaq evlər, odu sönməyən ocaqlar, palçığı yapışqan ayağa suvaşan torpaq [insana] yüz qat əziz görünür. M.Ibrahimov. [Adil:] O qədər yaxşı bişməmiş çörək xəmir kimi adamın...
|
SUVAT (ID - 36648)is. Çaydan, arxdan və s.-dən su götürülən, habelə malların su içdikləri dayaz yer. İnəkləri suvata yönəltmək. // Heyvanların su içməsi üçün içinə su doldurulan müxtəlif materiallardan düzəldilmiş qurğu.
|
SUVENİR (ID - 36649)is. [fr.] Yadigarlıq hədiyyə, yadigarlıq şeylər.
|
SUVEREN (ID - 36650)sif. [fr. souverain] Beynəlxalq hüquqda: ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici işlərində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan. Suveren dövlət.
|
SUVERENLİK (ID - 36651)is. Müstəqillik, öz dövlətində hökmran olma, başqa dövlətlərdən asılı olmama; hakimiyyət hüququ. [Asiya ölkələri] müstəqil milli xarici siyasətlərini davam etdirərək öz dövlət suverenliklərini xeyli möhkəmlətmiş və milli...
|
SUYACAQ (ID - 36652)is. Çimmək üçün daş və s. ilə axar suyun qarşısı tutulan yer; gölməçə. Suyacaq qayırıb səndə yay günü; Nə qədər çimmişəm mən sərin-sərin. B.Vahabzadə.
|
SUYARAN (ID - 36653)is. Gəmi burnunun suyu yaran hissəsi.
|
SUYOLU (ID - 36654)is. Binanın və s.-nin altında suyun axıb getməsi üçün balaca yol; arx. Ev sahibi qapısını bağlamışdısa da, altındakı suyolunu açıq buraxmışdı. S.Hüseyn.
|
SUYUŞİRİN (ID - 36655)sif. Gözə xoş gələn, yapışıqlı, yaraşıqlı, gözəşirin, qanışirin. Suyuşirin qız. Suyuşirin uşaq. - [Eyvaz] suyuşirin, çevik bir oğlan idi. B.Bayramov.
|
SUYUŞİRİNLİK (ID - 36656)is. Suyuşirin adamın xassəsi, yapışıqlılıq, qanışirinlilik.
|
SUZANBAĞI (ID - 36657)is. bot. Sulaq yerlərdə bitən çiçəkli su bitkisi. Suzanbağı fəsiləsinin nümayəndələri durğun və ya yavaş axan sularda bitən qədim (relikt) bitkilərdir. M.Qasımov.
|
SÜBH (ID - 36658)is. [ər.] Səhər erkən çağı, günün başlanğıcı, günün ilk saatları; səhər, sabah. Sübh tezdən. Sübh saat beşdə. Sübh alaqaranlıqda. - Qurbanqulu çox işsevən bir cavan idi. Sübh hamı qonşularından ertə durub oduna, biçinə,...
|
SÜBH-ŞAM (ID - 36659)[ər. sübh və fars. şam] klas. bax səhər-axşam.
|
SÜBUT (ID - 36660)is. [ər.] Hər hansı bir şeyin həqiqiliyini, düzlüyünü göstərən fakt, mülahizə, müddəa, dəlil. [Almaz:] [Kəndin ağalarının] əlində sübut var. C.Cabbarlı. Müəllim hiss etdi ki, belə mühüm bir məsələni Telli kimi avam bir...
|
SÜBUTLU (ID - 36661)sif. Sübutu, dəlili olan.
|
SÜBUTSUZ (ID - 36662)sif. Heç bir sübutu, dəlili olmayan, sübut edilə bilməyən. Sübutsuz ittiham. Sübutsuz iddialar.
|
SÜBUTSUZLUQ (ID - 36663)is. Heç bir dəlili, sübutu olmama, sübut edilə bilməyən şeyin halı.
|
SÜD (ID - 36664)is. 1. Balalarını yedirib bəsləmək üçün qadınların və məməli heyvanların məmələrindən gələn ağ, qidalı maye. Uşağa süd vermək. Qoyun südü. inək südü. - [Səkinə:] Vallah, döşümdə südüm quruyub. H.Nəzərli. Qərənfil...
|
SÜDAŞI (ID - 36665)is. Südlüsıyıq, südlüaş.
|
SÜDÇÜ (ID - 36666)is. 1. Südsatan adam. Oba içində gəzinirdim. O gün südçülərdən biri şəhərə çox tez qayıtmışdı. A.Şaiq. [Əhməd:] Bildim ki, görmüş olduğum gözəl qız südçü Fətəlinin qızı imiş. T.Ş.Simurq.
2. Süd satılan. [Məmmədcəfər:]... |
SÜDÇÜLÜK (ID - 36667)is. 1. Südçünün işi, peşəsi. Südçülük eləmək.
2. Süd məhsulları hazırlama. Südçülüyün inkişafı. |
SÜDDAŞ (ID - 36668)sif Eyni anadan süd əmən uşaqlardan hər biri; süd qardaşı (bacısı).
|
SÜDƏCƏR (ID - 36669)sif. Bir-birinin dalınca doğulan. Südəcər uşaqlar. - [Pəri nənə:] [Hümmətin] bir böyük külfəti vardır. Südəcər, əkiztay, cin çolpası kimi zılğa-zılğa bir-birinə qarışmışdı. S.Rəhimov.
|
SÜDƏMƏR (ID - 36670)sif. 1. Döş əmən, süd əmən; körpə, çağa. [Ceyran:] Qucağındakı südəmər uşağını nə etsin? S.Hüseyn. ..[Fotoqraf] südəmər uşaq tutan qadın gördükdə diksindi. S.Vəliyev. // İs. mənasında. Qocaların, cavanların, südəmərlərin;...
|
SÜDXANA (ID - 36671)is. 1. Süd məhsulları hazırlanan və saxlanılan yer, bina. Heyvandarlıq fermalarında tikilən köməkçi binalar: yem sexi və ya yem mətbəxi, qüvvətli yemlər saxlamaq üçün anbarlar, tərəvəz anbarı, silos qülləsi (quyusu, xəndəyi),...
|
SÜDQABI, SÜDDAN (ID - 36672)is. Süd tökmək üçün qab.
|
SÜDLƏYƏN (ID - 36673)is. bot. İçində süd kimi ağ maye olan bitki növü.
|
SÜDLÜ (ID - 36674)sif. 1. Yaxşı süd verən, südü çox olan. Südlü inək. Südlü qoyun.
2. Südlə bişirilmiş, südlə hazırlanmış, südlə qarışıq. Südlü çay. Südlü qəhvə. |
SÜDLÜAŞ (ID - 36675)bax südlüplov. Aşpaz aşpazlığını artırıb, südlüaşa soğan doğrayır. (Məsəl).
|
SÜDLÜK (ID - 36676)is. Süd vermək üçün yetişdirilən, südverən, sağmal. Südlük cins.
|
SÜDLÜLÜK (ID - 36677)is. Ev heyvanlarının bu və başqa miqdarda südvermə qabiliyyəti. Heyvanların yüksək südlülüyü. Bu inək öz südlülüyü cəhətdən başqalarından fərqlənir.
|
SÜDLÜPLOV (ID - 36678)is. Südlə hazırlanan plov; südlüaş. Südlüplov yeyildikdən sonra süfrə yığılır. H.Sarabski. [Ramazan] nahar üçün hazırlanmış südlüplovu ləzzətlə yeyib, çay içir, radio ilə musiqiyə qulaq asırdı. M.Hüseyn.
|
SÜDLÜSIYIQ (ID - 36679)is. Südlə düyüdən hazırlanan duru xörək; südaşı. Nəriman əllərini yuyub otağa girəndə, anası onun qabağına bir boşqab südlüsıyıq qoydu. M.İbrahimov. Südlüsıyıq bişirmək üçün Susənbərin həyətdə qaladığı ocaq balaca...
|
SÜDSATAN (ID - 36680)bax südçü.
|
Bu səhifə dəfə baxılıb