İzahlı lüğət

SAVADLANDIRMAQ (ID - 34779)

f . Oxumaq və yazmaq öyrətmək, oxu-yazı öyrətmək. Savadsızları savadlandırmaq. - [ikinci qadın:] ..Savad kursları açıb tamam savadsız qadınları savadlandırarıq. Ə.Haqverdiyev. Firuzə bir neçə dəfə Həsəngilə gələrək Zəhranı...

SAVADLANMA (ID - 34780)

“Savadlanmaq”dan f.is. Köhnə ərəb əlifbasının çətinliyi geniş xalq kütləsinin savadlanmasına imkan vermirdi. S.S.Axundov.

SAVADLANMAQ (ID - 34781)

f . Yazmaq və oxumaq öyrənmək. [Almaz Yaxşıya:] Əlində qazancın olar. Azad olarsan, adam olarsan, savadlanarsan. C.Cabbarlı.

SAVADLI1 (ID - 34782)

sif Yazıb-oxumağı bacaran. Biçarə tacir məktubu əl-əl gəzdirib, heç bir kəs oxuya bilməyib, Gəncədə də ki savadlı molla tapmaq mümkün deyildir. C.Məmmədquluzadə. // Qrammatik cəhətdən çox düzgün yazan və danışan. Savadlı...

SAVADLI2 (ID - 34783)

sif. Üstünə qara naxışlar çəkilmiş, savad vurulmuş gümüş şeylər haqqında.

SAVADLILIQ (ID - 34784)

is. Savadı olma, yazıboxumağı bacarma.

SAVADSIZ (ID - 34785)

sif. 1. Savadı olmayan, yazıboxumaq bilməyən. İndi ölkəmizdə savadsız adam çətin tapılar. - [İkinci qadın:] ..Savadsız qadınlar üçün savad kursları açıb tamam savadsız qadınları savadlandırarıq. Ə.Haqverdiyev. Xədicə savadsız...

SAVADSIZLIQ (ID - 34786)

is. 1. Savadsız olma, yazıboxumağı bacarmama; avamlıq, cəhalət. [Mehribanın] nöqsanı yalnız savadsızlığı idi. S.Hüseyn. “Kəşkül” də “Əkinçi” kimi savadsızlıq və cəhalət əleyhinə çıxaraq, elm və mədəniyyətin...

SAVANNA (ID - 34787)

[isp.] Tropik və subtropik zonalarda ot örtükləri.

SAVAR (ID - 34788)

is. k.t. Vaxtından gec əkilən taxıl. Onlar elə düşünürdülər ki, “Böyük düz” [qonşu kolxoza] verilməzsə, pambıq üçün də torpaq bəs edər, sovar səpilən gömgöy taxılı çevirib pambıq əkməzlər. Ə.Əbülhəsən.

SAVAŞ (ID - 34789)

is. 1. Müharibə, döyüş, vuruşma, dava. Uzun sürdü qanlı savaş, xalqı ağır günlər aldı. A.Şaiq. Ən qanlı savaşlarda qorxu bilməyən... Qazan xan röyadan çox qorxardı. M.Rzaquluzadə. Söyüşmə, dalaşma, dava-dalaş. Yaz gününün...

SAVAŞDIRMA (ID - 34790)

“Savaşdırmaq”dan f.is.

SAVAŞDIRMAQ (ID - 34791)

icb. Bir-birinin üzərinə salışdırmaq, aralarına dava salmaq; vuruşdurmaq.

SAVAŞQAN (ID - 34792)

sif. Dalaşqan, davakar, savaşmağı, dalaşmağı, dava salmağı sevən. Savaşqan uşaq.

SAVAŞQANLIQ (ID - 34793)

is. Savaşmağı, dava salmağı xoşlayan adamın xasiyyəti.

SAVAŞMA (ID - 34794)

“Savaşmaq”dan f.is. Savaş, dava-dalaş. Savaşma daha da böyüyəcəkdi. S.Vəliyev.

SAVAŞMAQ (ID - 34795)

f Dalaşmaq, vuruşmaq, söyüşmək, küsüşmək. Dost dost ilə əbəs yerə savaşmaz; Sevənin sevəndən könlü bulaşmaz. M.P.Vaqif. Gahdan xoşluğunan, gah savaşınan; Köksünü açmağın nə damağı var? Aşıq Ələsgər. Dünənki hərb...

SAVAY(I) (ID - 34796)

qoş. Başqa, qeyri. Səndən savayı adamım yoxdur. Evdə uşaqdan savay adam yox idi. - Təsvir etdiyimiz Mirzə Mustafanın göstərdiyimiz sifətlərdən savayı bir başqa sifəti də var idi. E.Sultanov. [Gülpəri:] Ayrandan savay nəyim olacaqdır?...

SAY1 (ID - 34797)

is. 1. Ədəd, rəqəm. Sayı yadda saxlamaq. Sayı öyrənmək.
Miqdar, kəmiyyət. [Həsən ağa:] Şükürlər olsun, gəldikcə ziyalılarımızın sayı artır, onları bir göndər, yanıma gəlsinlər, bir söhbət edək. Ə.Haqverdiyev. □...

SAY2 (ID - 34798)

is. Dənizdə, göldə, çayda gəmilər üçün təhlükəli olan dayaz yer. Gəmi saya oturdu. - Çıxır gəmi karvanları neçə dəryaya; Gedir böyük bir qürurla, oturmaz saya. M.Rahim.

SAYA (ID - 34799)

sif. 1. Bir rəngdə olan, birrəngli. Saya parça. Saya gülməxmər. // Bu parçadan tikilmiş. Saya paltar. Saya kofta. // Naxışsız, gülsüz. Saya ləçək. Saya şal. - [Rüstəm] sətin köynəyi büzməli tumanın içinə salıb, üstündən...

SAYAÇI (ID - 34800)

is. ədəb. Qoyun, quzu və keçi haqqında mahnı qoşan və oxuyan adam. Sayaçı mahnıları. Sayaçı sözü. - Saya-saya sayadan; Yun gəlir qayadan; Sayaçıya pay verin; Mazlığı mayadan. (Bayatı).

SAYAD (ID - 34801)

bax səyyad. Sayadam, duraram mən; Boynumu buraram mən; Harda bir tərlan görsəm; Ona tor quraram mən. (Bayatı).

SAYAĞI (ID - 34802)

qoş. Sözə qoşularaq, onun ifadə etdiyi şeyə oxşarlığı bildirir: ...kimi, ...tək, ...bənzər, ...oxşar. ilan sayağı qıvrılıb. Yarpaq sayağı bükülmək. Canan sayağı geyinmək.

SAYAQ1 (ID - 34803)

zərf Bənzərlik bildirir: cür, kimi, tərzdə, vəziyyətdə, qaydada. Paltarlarının hamısını usta Ağabala topladı, dolma bükülü sayaq birfitəyə büküb qoydu səkiyə. Çəmənzəminli. [Nəcminin] on dörd yaşlı ikinci oğlu Şirin...

SAYAQ2 (ID - 34804)

bax sayıq2-ci mənada. [Halaypozan] özü də elə sayaq yatardı ki, lap sərçə kimi. “Koroğlu” . Çadırlar uyqudadır, atanlar orda sayaq; Gəray bəyin yanında yalnız Cəlaldır oyaq. S.Vurğun. □ Sayaq durmaq diqqətli olmaq, sayıq olmaq,...

SAYAQLAMA (ID - 34805)

“Sayaqlamaq”dan f.is.

SAYAQLAMAQ (ID - 34806)

bax sayıqlamaq. Oğlan oyuna bir mərtəbədə aludə olmuşdu ki, gecə vaqiədə də oyundan sayaqlayırdı. Ə.Haqverdiyev. Xəstə sayaqlayır, hərarət içində çırpınıb dururdu. M.İbrahimov. [Hümmət Həmzəyə:] Sən də ağsaqqal əmin...

SAYALANMA (ID - 34807)

“Sayalanmaq”dan f.is.

SAYALANMAQ (ID - 34808)

f məh. Sağalmaq Yara sayalanıb. - Nəzakət vaxtında, xublar çağında; Baxdım, yar yarası sayalanıbdı. “Qurbani” .

SAYCA (ID - 34809)

zərf Say etibarilə, sayına görə; miqdarca, miqdarına görə. Sayca çox. Sayca az dəstə. - [Döyüşçülər] kəndin sayca az və meşəyə qaçmış olan camaatını geri qaytardılar. Ə.Vəliyev.

SAYDIRMA (ID - 34810)

“Saydırmaq”dan f.is.

SAYDIRMAQ (ID - 34811)

SAYƏ (ID - 34812)

is. [fars.] 1. Kölgə. Sən bir ağacsan ki, ömründə heç kəs; Nə sayə görübdür, nə səmər səndən. Q.Zakir. [Dərviş:] Ruqiyyə əvəzində duman arasında sayə görürdüm..
Divanbəyoğlu. □ Sayə salmaq - kölgə salmaq, kölgələmək....

SAYƏBAN (ID - 34813)

is. [fars.] klas. Üstü yarpaq, şax və s. ilə örtülü yer; çardaq, kölgəlik. Göstərdi bir tərəfdə bir sayəban; “Otur burda, bu yer sənindir” - dedi. A.Səhhət.

SAYĞAC (ID - 34814)

is. 1. Bir şeyi hesablamaq üçün xüsusi quruluşlu cihaz, alət. Elektrik (qaz) sayğacı (işlənən elektrikin, suyun, qazın miqdarını hesablayan cihaz). Taksi sayğacı (taksilərdə gedilmiş yolun məsafəsini və haqqını göstərən cihaz).
Dördkünc...

SAYĞI (ID - 34815)

is. 1. Hörmət, ehtiram, sayma, ehtiram etmə. [Birinci qulam:] Çəkil ordan, nə sayğı bilməz adam. H.Cavid. Sayıqlıq, ehtiyat.

SAYĞILI (ID - 34816)

sif 1. Başqalarına sayğı göstərən, hörmət edən; sayan. Sayılan, hörmətli, möhtərəm.

SAYĞISIZ (ID - 34817)

sif. 1. Ehtiram göstərməyən, hörmət etməyən, hörmət gözləməyən, saymazlıq göstərən, saymaz. [Aydəmir heyrətlə gülərək:] Bu sayğısız adamlara vaqonlarda gözlənilməsi lazım olan qaydaları anladınız, - deyə ağzından köpük...

SAYĞISIZLIQ (ID - 34818)

is. 1. Ehtiramsızlıq, saya almama, saymazlıq.
Ehtiyatsızlıq, diqqətsizlik, saymazlıq, laqeydlik, fikir verməmə, aldırmama, vecinə almama. Bir zamanlar təkcə gecələrin qaranlığından vahimələnən Ulduz, indi zülmət gecələrdə...

SAYXAŞ (ID - 34819)

sif. dan. Sakit, durğun, küləksiz. Sayxaş hava.

SAYXAŞLIQ (ID - 34820)

is. dan. Sayxaş havanın vəziyyəti; sakitlik, durğunluq.

SAYXAŞMA (ID - 34821)

“Sayxaşmaq”dan f.is.

SAYXAŞMAQ (ID - 34822)

f məh. Sayxaş olmaq, sakitləşmək. Hava sayxaşdı.
□□ Ara sayxaşmaq - bax ara.

SAYICI (ID - 34823)

bax hesablayıcı 1 -ci mənada.

SAYIQ (ID - 34824)

sif. və zərf 1. Öz işində, hərəkətində ehtiyatlı, gözüaçıq, ayıq, oyanıq olan, sərvaxt. Sayıq adam. - Hər cəbhədə ayıq, sayıq; Əsgər kimi durmalıyıq. S.Vurğun. Bizdən tələb edir quruluş; Belə sayıq yaşamağı. M.Rahim....

SAYIQLAMA (ID - 34825)

1. “Sayıqlamaq”dan f.is.
Huşunu itirmiş xəstənin, yaxud yuxuda olan adamın ağzından çıxan rabitəsiz, mənasız sözlər. Hüseyn bu qayda ilə səhərə kimi yarı qızdırma, yarı sayıqlama içərisində yatdı. S.Rəhman. O, ətrafında...

SAYIQLAMAQ (ID - 34826)

f . 1. Huşunu itirmiş halda və ya yuxuda ikən rabitəsiz, aydın olmayan sözlər danışmaq. Bütün gecəni sayıqlamaq. - Anaxanım gecə [xanın] yuxuda sayıqladığını .. dəfələrlə eşitmişdi. Çəmənzəminli. Birinci günlər Yaqut...

SAYIQLIQ (ID - 34827)

is. İşində, hərəkətində sayıq, ehtiyatlı, diqqətli olma; oyanıqlıq, ayıqlıq, sərvaxtlıq. Sayıqlıq göstərmək. - [Qurbanəli:] Mən sayıqlığımı itirə bilmərəm. M.İbrahimov. Əhməddəki sinfi sayıqlıq və möhkəm iradə...

SAYILI (ID - 34828)

sif. 1. Sayı az olan, az təsadüf edilən, az görülən, tək-tək olan. Bəzi hadisələr tarixdə sayılıdır. Sayı, miqdarı bəlli olan. Sayılı kitablar.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed