İzahlı lüğət

SÜDUR (ID - 36681)

sif. [ər.] köhn. Zahir olma, hasil olma, çıxma, baş vermə.

SÜDVERƏN (ID - 36682)

bax südlü 1-ci mənada. Südverən inək.

SÜDYOLU (ID - 36683)

bax kəhkəşan.

SÜFLƏ (ID - 36684)

sif. [fars.] köhn. Deşilmiş, dəlinmiş.

SÜFRƏ (ID - 36685)

is. 1. Yemək stolunun üstünə, yaxud yerə salman xüsusi parçadan tikilmiş örtük. Kətan süfrə. Tikməli süfrə. Böyük süfrə. - ..Kənizlər tut ağacının altında süfrə salmağa başladılar. Çəmənzəminli. Bir azdan sonra ortalığa...

SÜXUR (ID - 36686)

is. [ər. “səxr” söz. cəmi] Yer qabığının tərkib hissəsini təşkil edən, müəyyən dərəcədə sabit tərkibli mineral. Vulkan süxurları. Dağ süxurları. // Yer altından çıxarılan hər cür qiymətli mineral.

SÜİTA (ID - 36687)

[fr.] Ümumi bədii qayə və ya proqram cəhətdən eyni olan bir neçə müstəqil hissədən ibarət musiqi əsəri. // Bir mövzu ətrafında birləşmiş bir neçə rəqsdən ibarət kompozisiya.

SÜJET (ID - 36688)

[fr. sujet] 1. Ədəbiyyatda: əsərdə iştirak edən surətlərin xarakterlərini açıb göstərən və əsərin əsas konflikti ilə bağlı olan hadisələrin məcmusu; mövzu, məzmun. Əsərin süjeti həyatdan alınmışdır. - Qüdrət arvadına...

SÜKAN (ID - 36689)

is. [ər.] 1. Gəmidə, avtomobildə, təyyarədə və s.-də istənilən istiqamətə yönəlmək üçün hərəkəti idarə edən qurğu. Gəmi sükanı. Avtomobilin sükanı. Velosiped sükanı. Kombaynın sükanı. - Kamal qəti bir hərəkətlə...

SÜKANÇI (ID - 36690)

is. 1. Gəmidə sükanı idarə edən dənizçi.
2. məc. Rəhbər, başçı, idarə edən. [Almaz:] Bir də, yoldaşlar, sovet sədri kənddə ictimai işlərin sükançısı olmalıdır. C.Cabbarlı.

SÜKUN (ID - 36691)

is. [ər.] klas. Sakitlik, asayiş, aram, iztirabsızlıq. Qurd-quş dəxi girmiş aşiyanə; Çökmüş də ağır sükun cahanə. A.Şaiq.

SÜKUNƏT (ID - 36692)

is. [ər.] 1. Sakitlik, aram, asayiş, rahatlıq. Yandıraram sükutu da, sükunəti də; Qəlbimi alovlandıran yaşamaq-yaratmaq gözüylə. R.Rza. [Nuriyyə:] Bu aydınlıq çöllərin mehriban sükunəti.. indi mənə anlaşılmaz bir təsəlli, məchul...

SÜKUT (ID - 36693)

is. [ər.] 1. Susma, danışmama, dinməmə. // Sakitlik. Bir qədər sükutdan sonra Tahir söhbətin mövzusunu dəyişdi.. M.Hüseyn. Gör nələr danışır o qərib sükut; Bəli, sükutun da öz dili vardır. N.Xəzri. □ Sükut etmək - dinməmək,...

SÜQUT (ID - 36694)

is. [ər.] Düşmə, aşağı enmə, yıxılma, dağılma. Təhkimçilik üsulunun süqutu. Roma imperiyasının süqutu. - Bu şadlıq gecəsində Eldəniz xanədanının süqutuna əsas qoyuldu və hökmdarlara qarşı .. sui-qəsdin müqəddiməsi...

SÜLALƏ (ID - 36695)

is. [ər.] Qohumluq və varislik hüququna əsasən taxtda ardıcıl surətdə birbirini əvəz edən, eyni soydan olan padşahlar, hökmdarlar sırası. Səfəvi sülaləsi. Şirvanşahlar sülaləsi.

SÜLB1 (ID - 36696)

is. [ər.] köhn. Sülalə, nəsil.

SÜLB2 (ID - 36697)

sif [fars.] köhn. 1. Bərk, sərt, qatı.
2. Hissiz, heç nədən təsirlənməyən.

SÜLEYMANİ (ID - 36698)

is. [ər.] Güclü zəhər; dezinfeksiya vasitəsi kimi boya istehsalında və s.-də işlədilən ağ toz.

SÜLƏNMƏ (ID - 36699)

“Sülənmək”dən f.is.

SÜLƏNMƏK (ID - 36700)

f Daima yemək ardınca düşmək, yemək axtarmaq, yemək olan yerə getmək; sümsünmək (əsasən it haqqında, ya da təhqir, söyüş mənasında adam haqqında). [Mayor:] Sən Məhəmməd yüzbaşının oğlu deyilsənmi ki, mənim qapımda dünənəcən...

SÜLH (ID - 36701)

is. [ər.] 1. Barış, əmin-amanlıq, dinclik, sakitlik. Sülh uğrunda mübarizə. - ..Silahını bağrına basmış döyüşçülərin gözündə əbədi sülhün işıqları yanırdı. M.İbrahimov. // Müharibə edən tərəflərin müharibəni...

SÜLHPƏRVƏR (ID - 36702)

sif [ər. sülh və fars. ...pərvər] bax sülhsevər. [Bağır xan:] Biz düşmənin sülh təklifini qəbul etməklə, sülhpərvər dünyanın məhəbbətini daha artıq qazana bilərik. M.S.Ordubadi.

SÜLHSEVƏR (ID - 36703)

sif. və is. Sülh tərəfdarı, xalqlar arasında sülh olmasını istəyən (adam), sülhpərvər. Sülhsevər siyasət. Sülhsevər dövlət.

SÜLÜGƏN (ID - 36704)

is. Tərkibində qurğuşun olan mineral. // Qırmızı-narıncı və ya qırmızıqəhvəyi rəngində boya.

SÜLÜK (ID - 36705)

is. Baldırı koğuş bitkilərin (qarğının və s.-nin) təzə göyərmiş gövdəsi. Qarğı sülüyü. Qanqal sülüyü. - Göy soğan su içəndən sonra sülük (sif.) qarğı kimi dayanmışdı. B.Bayramov.

SÜMSÜ (ID - 36706)

is. Quşları aldadıb tutmaq üçün onların səsini yamsılayan ovçu aləti. [Kərim baba:] Sümsü quş kimi oxuyur, bununla qızılbaş balası tutarlar, - dedi. A.Şaiq. // Ümumiyyətlə, qarğıdan qayrılan primitiv çalğı aləti; tütək....

SÜMSÜK (ID - 36707)

sif. Daim sülənən, sümsünən (it haqqında, çox vaxt söyüş, təhqir mənasında işlənir). Faşizm qısqırdaraq sümsük itləri; Dalayır, talayır məmləkətləri. M.Müşfiq. [Şamxal:] Sənə neçə dəfə demişəm ki, bizim bu it sümsüyün...

SÜMSÜNMƏ (ID - 36708)

“Sümsünmək”dən f.is.

SÜMSÜNMƏK (ID - 36709)

f . Qapıları gəzib dilənmək, əl açmaq, yemək aramaq (çox vaxt təhqir, söyüş kimi işlənir). İt itliyini tərgidər, sümsünməyini tərgitməz. (Ata. sözü). [Hacı:] Bu donuz harada sümsünür? - deyə sordu. A.Şaiq.

SÜMÜK (ID - 36710)

is. 1. İnsan və onurğalı heyvan skeletinin ayrı-ayrı tərkib hissəsi. Qol sümüyü. Baldır sümüyü. - [İmanqulunun] bədəni elə tərpənirdi ki, elə bil heç sümüyü yox idi. Çəmənzəminli. [Məsmə] özünü bərkə verən kimi kürəklərindən...

SÜMÜKALTI (ID - 36711)

sif. anat. Sümüyün altında olan.

SÜMÜKARASI (ID - 36712)

sif. anat. Sümüklərin arasında olan.

SÜMÜKLƏŞMƏ (ID - 36713)

“Sümükləşmək”dən f.is.

SÜMÜKLƏŞMƏK (ID - 36714)

f . Bərkimək, qurumaq, sümük kimi olmaq. Çörək qalıb sümükləşib.

SÜMÜKLÜ (ID - 36715)

sif. 1. Sümüyü olan. Sümüklü ət. Sümükləri çıxmış, sümükləri bilinən. Sümüklü əl.
məc. Boylu-buxunlu, şaqqalı, sümükləri iri. Natiqin bir suyu Veysə oxşayırdı. Ancaq bu ondan cavan, boylu, özü də sümüklü adamdı....

SÜMÜKSÜZ (ID - 36716)

sif. Sümüyü olmayan. Sümüksüz ət. Sümüksüz heyvanlar.
□□ Sümüksüz dil - danışığını bilməyən, ağzına gələni danışan, danışdığı sözlərə fikir verməyən adam haqqında.

SÜMÜKÜSTLÜYÜ (ID - 36717)

is. anat. Sümüyü örtən birləşdirici toxumalardan ibarət nazik qişa.

SÜMÜKVARİ (ID - 36718)

sif. Sümük kimi, sümüyə oxşar.

SÜMÜRGƏ (ID - 36719)

is. bot. Sümürgən fəsiləsindən iki ləpəli, bir, iki və çoxillik ot, az halda yarımkol, kol, ağac və sarmaşıq bitkisi.

SÜMÜRMƏ (ID - 36720)

“Sümürmək”dən f.is.

SÜMÜRMƏK (ID - 36721)

f . 1. Ağız və dodaqları ilə bir şeyi sorub çəkmək: əmmək. Suyu sümürmək. Papirosu sümürmək. - Cümşüd bəy qəlyanı hərdənbir sümürüb qəhvəni qarışdırır və qurtum-qurtum içib söhbətə qulaq asırdı. E.Sultanov. Qarı...

SÜNBƏ (ID - 36722)

is. Odlu silahların lüləsinin içini təmizləmək, yağlamaq, habelə bir şeyi bir yerə təpmək və ya çıxarmaq üçün uzun dəmir mil. Tüfəng sünbəsi. - [Məşədi:] Bu sünbə nəinki tamam artıqdır, hətta arşından iki verşok da...

SÜNBƏKİ (ID - 36723)

sünbəki getmək (vurmaq) danışmağa başlarkən sözü tələffüz etməkdə çətinlik çəkməkdən, kəkələməkdən ibarət nitq nöqsanı.

SÜNBƏLƏMƏ (ID - 36724)

“Sünbələmək”dən f.is.

SÜNBƏLƏMƏK (ID - 36725)

f . Sünbə ilə təmizləmək (tüfəngin və s.-nin lüləsinin içini).

SÜNBÜL (ID - 36726)

is. 1. Taxıl bitkilərinin gövdəsinin başında dənlərin yerləşdiyi hissə. Dənli sünbül başını aşağı salar. (Məsəl). Taxıllar boy atmış və sünbül bağlamağa başlamışdı. Ə.Sadıq. Sənəmin başı sünbüllərin arasına...

SÜNBÜLÇİÇƏK (ID - 36727)

is. bot. Uzunsov yarpaqları və ətirli çiçəkləri olan dekorativ ot bitkisi.

SÜNBÜLQIRAN (ID - 36728)

is. zool. Tarlaya, taxıla ziyan vuran siçanaoxşar gəmirici.

SÜNBÜLLƏNMƏ (ID - 36729)

“Sünbüllənmək”dən f.is.

SÜNBÜLLƏNMƏK (ID - 36730)

f . Sünbül bağlamaq, sünbül əmələ gəlmək. Taxıl sünbüllənib.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed