İzahlı lüğət

SEYRƏLDİLMƏ (ID - 35079)

“Seyrəldilmək”dən f.is. Pambıq əkininin seyrəldilməsi.

SEYRƏLDİLMƏK (ID - 35080)

bax seyrəkləndirmək.

SEYRƏLMƏ (ID - 35081)

“Seyrəlmək”dən f.is.

SEYRƏLMƏK (ID - 35082)

f 1. Seyrək hala gəlmək, azalmaq, tökülmək (saç, qaş və s. haqqında). [Bəhlul:] Seyrəlmiş (f.sif.) tüklər [atamın] uzunsov başına yalanmış kimi yatmışdı. B.Bayramov.
Parçalanmaq, dağılmaq, seyrəkləşmək. Torpaq qızır...,...

SEYRƏLTMƏ (ID - 35083)

“Seyrəltmək”dən f.is. Bitkinin seyrəltmə dövrü. - Gülşən seyrəltmə işlərilə eyni zamanda alaq vurmalarını manqa üzvlərinə məsləhət gördü. Ə.Vəliyev.

SEYRƏLTMƏK (ID - 35084)

bax seyrəkləşdirmək. Sərvinaz .. kösövləri qazanın altından çəkib közü seyrəltdikdən sonra başını qaldırdı. B.Bayramov.

SEYRƏNGAH (ID - 35085)

is. [ər. seyr və fars. ...gah] Seyr yeri, gəzinti üçün səfalı, mənzərəli yer. Kür qırağının əcəb seyrəngahı var; Yaşılbaş sonası, hayıf ki, yoxdur! M.P.Vaqif. Yayda yaylağımdır, qışda oylağım; Yazda seyrəngahım bu dağlar...

SEYSMİK (ID - 35086)

sif. [yun. seismoz - zəlzələ] Zəlzələ ilə əlaqədar olan, zəlzələyə aid olan. Seysmik hadisə. Seysmik dalğa. // Zəlzələyə məruz, zəlzələ ola bilən. Seysmik sahə. Seysmoloq.. şəhərin seysmik cəhətlərini telefonla .. bir daha...

SEYSMOQRAF (ID - 35087)

[yun. seismos və grapho yazıram] Yer qabığının titrəyişini avtomatik qeydə alan cihaz.

SEYSMOQRAFİYA (ID - 35088)

[yun.] 1. Yer qabığındakı titrəyişin seysmoqraf vasitəsilə qeydə alınması.
2. Bax seysmologiya.

SEYSMOQRAM (ID - 35089)

[yun. seismos - zəlzələ və gramma - yazma] Yer qabığının titrəyişinin seysmoqraf vasitəsilə avtomatik surətdə yazılması.

SEYSMOLOGİYA (ID - 35090)

[yun.] Geologiyanın, Yer qabığının titrəyişindən bəhs edən şöbəsi.

SEYTNOT (ID - 35091)

is. [alm.] Şahmat və dama oyunlarında fikirləşmək üçün müəyyən olunmuş vaxtın darlığı.

SEYVAN (ID - 35092)

bax eyvan.
□□ Qulaq seyvanı anat. - qulağın xarici hissəsi.

SEZARİZM (ID - 35093)

is. [lat.] Dövlət hakimiyyəti başında hakimiyyəti zorla qəsb etmiş şəxsin durduğu siyasi üsul; idarə.

SEZDİRMƏ (ID - 35094)

“Sezdirmək”dən f.is.

SEZDİRMƏK (ID - 35095)

f . Hiss etdirmək, dolayı yolla anlatmaq, bildirmək, büruzə vermək. Məşədibəy göz vura-vura anasının bərk incidiyini ona sezdirmək istəyirdi. M.Hüseyn.

SEZİLMƏ (ID - 35096)

“Sezilmək”dən f.is.

SEZİLMƏK (ID - 35097)

f . Duyulmaq, hiss edilmək, başa düşülmək. Üzüntülü bir intizar [Rübabənin] hərəkətlərindən sezilirdi. Mir Cəlal. Nabat xala güclə sezilən (f.sif.) bir təbəssümlə soruşdu. I.Əfəndiyev.

SEZMƏ (ID - 35098)

“Sezmək”dən f.is.

SEZMƏK (ID - 35099)

f . Duymaq, hiss etmək, başa düşmək, anlamaq. Şadlığını üzündən sezmək. Çinarlıqda yalnız başıma gəzdim; Bu halda incə bir inilti sezdim. H.Cavid. Vaqif bütün incəliklərinə qədər bələd olduğu bu çöhrədəki dəyişikliyi...

SƏADƏT (ID - 35100)

is. [ər.] 1. Həyatda ən yüksək məmnunluq hissi; bir şəxsin hər hansı bir şeydən duyduğu dərin məmnunluq və sevinc hissi; xoşbəxtlik. [Murad] özünün səadət və istirahətini yalnız Nigarla bərabər yaşamaqda görürdü. S.Hüseyn....

SƏADƏTLİ (ID - 35101)

sif Xoşbəxt, bəxtiyar, məsud, uğurlu. Səadətli günlər. Səadətli gələcək.
Hər quşun olmaz səadətli hümatək kölgəsi. Nəsimi. [Fəxrəddin:] Mənim ağam, nə üçün də utansınlar, bir halda ki, bunlar üçün səadətli və...

SƏADƏTSİZ (ID - 35102)

sif. Bəxtsiz, bədbəxt, uğursuz. Sözün şənində şöhrət var, bu məna qəflətən solmaz; Çiçəksiz, sözsüz, insansız, səadətsiz bahar olmaz! S.Vurğun.

SƏADƏTSİZLİK (ID - 35103)

is. Bəxtsizlik, bədbəxtlik, uğursuzluq.

SƏBA, SƏBA YELİ (ID - 35104)

is. [ər.] şair. Səhər əsən xəfif yel; meh. Səba, əhvalımı bir-bir; Varıb ol yarə ərz eylə. M.V.Vidadi. Səba, məndən söylə ol gülüzarə; Bülbül gülüstana gəlsin, gəlməsin? Ə.Nəbati. [Şair:] Gəl, gəl, geniş-geniş açım...

SƏBAT (ID - 35105)

is. [ər.] Axıra qədər sözünün üstündə durma, iqrarında möhkəm olma; dəyanət, sabitlik, davamlılıq, möhkəmlik, mətanət, əzm. Bizimdir yüksəliş, bizimdir qanad; Bizimdir mətanət, bizimdir səbat. M.Müşfiq.

SƏBATLA (ID - 35106)

zərf Mətanətlə, dözümlə, möhkəmliklə, səbat göstərərək.

SƏBATLI (ID - 35107)

SƏBATSIZ (ID - 35108)

sif. Sözünün, qərarının üstündə durmayan, sabit olmayan, möhkəm olmayan, mətanət göstərməyən; mütərəddid, dəyanətsiz. Səbatsız adam.

SƏBATSIZLIQ (ID - 35109)

is. Sözünün, qərarının üstündə durmama; dəyanətsizlik, qərarsızlıq.

SƏBƏB (ID - 35110)

is. [ər.] 1. Bir şeyin, hadisənin baş verməsini şərtləndirən başqa hadisə, şərait. Nöqsanların səbəbi. işə gəlməməyinizin səbəbi nədir? Hər şeyin səbəbi var.
Bais, baiskar, səbəbkar, təqsirkar. [Yaralı:] Səbəbin evi...

SƏBƏBKAR (ID - 35111)

is. [ər. səbəb və fars. ...kar] Bir şeyə səbəb olan, bais olan adam; təqsirkar. [Şəhrəbanu xanım:] Bəli, dəxi necə edək, Allah səbəbkara bəla versin! M.F.Axundzadə. [Gülzada:] [Səlbinin] ..uşaqları çörək istəyəndə baisə,...

SƏBƏBKARLIQ (ID - 35112)

is. Səbəbkar olma, bais olma; təqsirlilik.

SƏBƏBLİ (ID - 35113)

sif. Müəyyən səbəbi olan, üzürlü.

SƏBƏBSİZ (ID - 35114)

sif. və zərf Heç bir səbəb olmadan, heç bir əsas olmadan, nahaq yerə. Səbəbsiz işdən qalmaq. Səbəbsiz gülmək.
Biri səbəbsiz ağlar; Biri bərk yıxılanda; Üzə vurmaz, ağartmaz! R.Rza. [Sultan:] Axı mən səbəbsiz hücum eləmirəm,...

SƏBƏT (ID - 35115)

is. İçinə meyvə, göyərti və s. yığmaq üçün qarğıdan, qamışdan və s.-dən hörülən uzunsov zənbil. Bir səbət üzüm. Bir səbət əncir. - [Kəndçi] xurcunun hər gözündə bir yekə səbət nar yerləşdirmişdi. Qantəmir. Məşədi...

SƏBƏTCİK (ID - 35116)

is. Balaca səbət.

SƏBƏTÇİ (ID - 35117)

is. Səbətdə gəzdirib şey satan adam.

SƏBƏTTOXUYAN (ID - 35118)

is. Peşəkar səbət toxuyan.

SƏBİ (ID - 35119)

is. [ər.] 1. Məğlub edilmiş tərəfdən əsir tutulub satılan adam.
Həddi-büluğa çatmamış oğlan; gənc, uşaq.

SƏBİR1 (ID - 35120)

is. [ər.] 1. Xoşagəlməz, acı, haqsızlıq kimi üzücü hallar qarşısında səsini çıxarmadan onların keçib-getməsinə dözmə, təhəmmül etmə. Bir dərd var ki, yerə-göyə sığışmayan, ürək yandıran, insanı vərəmləndirən,...

SƏBİR2 (ID - 35121)

is. Asqırma, asqırtı, asqırıq.
□□ Səbir gətirmək - asqırmaq. Tək səbir, cüt səbir - xalq arasında: guya bir dəfə asqırma nəhslik, uğursuzluq; cüt asqırma isə xeyir, uğur əlamətidir. Ta gəlirik biz də bir az anlayaq; Məhzəri-irfanda...

SƏBİR-ARAM (ID - 35122)

bax səbir-qərar. Səbiraramı qalmamaq. - [Əbülhəsənbəy:] Səbrimaramım yox idi, çünki yoldaşları böyük təhlükə gözləyirdi. M.S.Ordubadi.

SƏBİR-QƏRAR, SƏBRÜ QƏRAR (ID - 35123)

is. Səbir, təmkin, hövsələ, təhəmmül. Ey sevdiyim, səndən cüda düşəli; Nə səbrü qərarım, nə taqətim var.

SƏBİRLİ (ID - 35124)

sif. Səbri olan, səbir edən, təlaş və məyusluq və ya hövsələsizlik göstərməyib mətanətlə dözən, dözümlü. O, çox səbirli adamdır. - [Şahin Firəngizə:] Siz çox səbirli adamsınız, yoldaş Qaradağlı, mənim bağrım çatlayır,...

SƏBİRSİZ (ID - 35125)

1. sif. Səbri olmayan, hövsələsiz, dözümsüz, tələsən. Səbirsiz adam.
2. Bax səbirsizliklə(“səbirsizlik” də). Qız
anasını harada axtaracağını bilməyərək, səbirsiz gözləməyə başladı. T.Ş.Simurq. Toplaşmışdıq,...

SƏBİRSİZLƏNMƏ (ID - 35126)

“Səbirsizlənmək”dən f.is

SƏBİRSİZLƏNMƏK (ID - 35127)

f. Özünü saxlaya bilməyib haldan çıxmaq, səbirsizlik göstərmək, səbirsiz olmaq, hövsələdən çıxmaq. Gündə bir dəfə qəzet idarəsinə baş çəkən Müsyö Qamel çox səbirsizlənirdi. Qantəmir. Bu fikirlə qarı oğlunu dinləyir,...

SƏBİRSİZLİK (ID - 35128)

is. 1. Səbri olmama, səbir edə bilməmə, bir yerdə aram tapa bilməmə, hövsələsizlik, qərarsızlıq. Oğul, səbirsizlik adama həmişə ziyan verər. “Koroğlu” .
Daxili həyəcan və iztirab, narahatlıq. Bütün günü səbirsizlik...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed