SENZORXANA (ID - 34979)[lat. sensor və fars. ...xanə] köhn. Senzuranın yerləşdiyi bina, senzor idarəsi. Hökumətin senzorxanasına pişnihad edib bizə mühəvvəl olunan məmuriyyəti sədaqətlə yerinə yetirək. C.Məmmədquluzadə.
|
SENZORLUQ (ID - 34980)is. Senzorun işi, vəzifəsi. Və nə qədər ki onlar ölməyiblər və senzorluqda vardırlar, ruznaməyə izin ala bilsək də, bir şey yaza bilməyəcəyik. C.Məmmədquluzadə.
|
SENZÜRA (ID - 34981)[lat.] 1. Mətbuata nəzarət edən dövlət idarəsi.
Çapa veriləcək, teatrda tamaşaya qoyulacaq əsərlərin və ya hər hansı bir materialın həmin idarə tərəfindən yoxlanması. |
SEPARATİST (ID - 34982)[lat. separatus-dan] Separatizm tərəfdarı.
|
SEPARATİZM (ID - 34983)[lat. separatus - ayrılmış] Ayrılmağa çalışma. // Çoxmillətli burjua dövlətlərində: azlıqda qalan millətlərin, yaxud bir əyalətin dövlətdən ayrılaraq öz müstəqil dövlətini qurmağa çalışması.
|
SEPARATOR (ID - 34984) |
SEPARATORÇU (ID - 34985)is. Separatorda işləyən adam.
|
SEPSİS (ID - 34986)is. [yun.] İnsan və heyvanlarda irin törədən orqanizmlərin və onların toksinlərinin qan və toxumalara düşməsindən yaranan infeksion xəstəlik.
|
SEPTİK (ID - 34987)is. [ing.] Az miqdarda məişət çirkab sularını təmizləmək üçün qurğu.
|
SEPTİMA (ID - 34988)is. [lat.] Musiqidə yeddi pərdə həcmində interval.
|
SER (ID - 34989)is. [ing.] ABŞ-da və İngiltərədə möminlərin keşişlərə, şagirdlərin müəllimlərə müraciət edərkən işlətdikləri söz; cənab.
|
SERADELLA (ID - 34990)is. [ital.] Paxlalılar fəsiləsindən bitki cinsi.
|
SERB (ID - 34991)is. Yuqoslaviyada yaşayan cənubi slavyan xalqının adı və bu xalqa mənsub adam.
|
SERBCƏ (ID - 34992)sif. və zərf Serb dilində. Serbcə danışmaq. Serbcə-rusca lüğət.
|
SERENADA (ID - 34993)[ital. serenade - axşam nəğməsi] 1. Orta əsrlərdə İtaliya və İspaniyada: adətən, sevgilinin pəncərəsi altında oxunan nəğmə.
İnstrumental ansambl üçün yazılmış süita tipli musiqi əsəri. Çaykovskinin simli orkestr üçün... |
SERİYA (ID - 34994)[lat. series - sıra] 1. Bir-birinə eynilə oxşar və ya hər hansı ümumi əlamətə malik olan şeylər sırası. Karandaşla çəkilmiş rəsmlər seriyası. Uşaqlar üçün yazılmış kitablar seriyası. // Hər hansı bir işin, hərəkətin...
|
SERJANT (ID - 34995)[fr. sergent] Orduda, polisdə kiçik komanda heyətinin rütbə adı və bu rütbəni daşıyan adam. Polis serjantı. Kiçik serjant. - Serjant, Mədəddən gözünü çəkmədən danışırdı. Ə.Əbülhəsən. İndi [Ulduz] hərbi qiyafədə serjant...
|
SEROLOGİYA (ID - 34996)[lat. serum - zərdab və yun. logos - elm, anlayış] Biologiyanın, insan və heyvanların qan zərdabı xüsusiyyətlərini öyrənən şöbəsi..
|
SEROLOJİ (ID - 34997)sif. Serologiyaya aid olan. Seroloji tədqiqat.
|
SEROZ (ID - 34998)is. [lat.] Epitel qatı ilə örtülmüş birləşdirici toxuma.
|
SERPANTIN (ID - 34999)[fr. serpent - ilan] Bal, maskarad və karnavallarda oynayanların başına, üstünə tökülən rəngbərəng, uzun kağız lentlər.
|
SERTİFİKAT (ID - 35000)[lat. certum - düzdür və fasere - eləmək] 1. mal. Dövlətin maliyyə istiqraz iltizamnaməsi. // Bəzi dövlət istiqrazları biletinin adı.
Xarici ticarətdə: göndərilən malların sortu (cinsi), çeşidi, qiyməti və s. haqqında sənəd. Hər... |
SERUM (ID - 35001)is. [lat.] Qan zərdabı.
|
SERVANT (ID - 35002)[fr.] Qab-qacaq, süfrə, dəsmal və s. yığmaq üçün alçaq bufet.
|
SERVİZ (ID - 35003)[fr.] Müəyyən miqdar şəxs üçün xörək və ya çay ləvazimatı (qabları) komplekti. Çay servizi. Xörək servizi. Çay-qəhvə və xörək servizləri on iki və altı nəfərlik olur. - Təzə samovar, bütün servizilə, .. boşqablar, dövrələr,...
|
SESSİYA (ID - 35004)[lat. sessio - oturma] 1. Müxtəlif seçkili orqanların və kollegial idarələrin vaxtaşırı keçirilən iclasları, habelə bu iclaslar dövrü.
Ali və orta ixtisas məktəblərində müəyyən vaxtlarda keçilən imtahanlar, habelə həmin... |
SESSİYALARARASI (ID - 35005)sif. Sessiyalar arasında olan, sessiyalar arasında görülən, aparılan.
|
SEŞƏNBƏ (ID - 35006)is. [fars.] Köhnə təqvimdə: həftənin dördüncü günü, təzə təqvimdə: çərşənbə axşamı; salı, tək gün.
|
SET (ID - 35007)is. [ing.] Voleybolda, tennisdə oyunun hissələri.
|
SETAR (ID - 35008)is. [fars.] Şərq simli musiqi alətlərindən birinin adı; tarın bir növü. [Ərən:] İçəri, əlində setar, gözəl bir qız girdi. Çəmənzəminli.
|
SEVDA (ID - 35009)is. [ər.] 1. Sevgi, məhəbbət, eşq. Eşq sevdasına heç kəs pis deməz; Məhəbbət yolundan ayaq kəs, deməz. M.P.Vaqif. [Qəndab:] Sonra mənə məlum oldu ki, Çingizlə [Qönçənin] sevdası elə o vaxt baş tutmayıb. B.Bayramov. □ Sevdaya...
|
SEVDALI (ID - 35010)sif. Sevdaya düşmüş, məftun olmuş; məftun, vurğun, aşiq. Çəmən döşəyidir sevdalı yarın; Ona layla deyir səhər küləyi. S.Vurğun. Ətirlənir güllərin; Sevdalı bülbüllərin; Ötüşür can bağımda. M.Müşfiq. [Rza:] Gülər...
|
SEVDİCİK (ID - 35011)oxş. Adətən “sevdiciyim” şəklində - çox istənilən, əzizlənən adama müraciət tərzində işlənir. Lay-lay mələkim, sevdiciyim, yavrucuğum, yat! Bir də ələ düşməz bu çocuqluq dəmi, heyhat! A.Şaiq. Oxu sevdiciyim, öz həvəsinlə!...
|
SEVDİRMƏ (ID - 35012)“Sevdirmək”dən f.is.
|
SEVDİRMƏK (ID - 35013)icb. Sevməyə məcbur etmək, istətmək; nə yolla olur olsun bir şeyi başqasına istətməyə, bəyəndirməyə çalışmaq, birinin istəyini qazanmağa çalışmaq. Bir qadın gözəlliyi, mərifəti və özünü sevdirməyi bacarırsa, ona bağlanmaq...
|
SEVƏR (ID - 35014)Adətən “yerindən” sözü ilə: zəif, incə, çox qorxulu, xətərli. [Pəri ovçuya:] indi əgər sən onu sevər yerindən yaralamısansa, mən də sağ qalmayacağam, laçınım. Ə.Məmmədxanlı. [Süleyman:] Güllə sevər yerindən dəyib,...
|
SEVƏ-SEVƏ (ID - 35015)zərf Sevərək, istəyərək, məhəbbətlə. Füzulini sevə-sevə oxumaq. - Onu dinləmişəm mən sevə-sevə; Gül açıb hər sözü dodaqlarımda. S.Rüstəm. “Aldanmış kəvakib” xalqımızın hər zaman sevə-sevə oxuduğu qüvvətli bir...
|
SEVGİ (ID - 35016)is. 1. Məhəbbət, eşq. Sevgim mübarizə, sevgilim həyat; Yəhərlənmiş bana qanadlı bir at. M.Müşfiq. Sevgi əzəl gündən sevir baharı; Baharda insanlar arzuya çatır. N.Xəzri.
2. klas. Sevgili. Bir belə cavanın əqli kəm olsa; Baxırsan... |
SEVGİLİ (ID - 35017)sif. Çox sevilən, əzizlənən, istənilən; əziz, mehriban. Sevgili uşaqlar. Sevgili dost. - Könlümün sevgili məhbubu mənim; Vətənimdir, Vətənimdir, Vətənim! A.Səhhət. // İs. mənasında. [Gülçöhrə:] Mən öz sevgilimi istəyirəm....
|
SEVGİSİZ (ID - 35018)zərf və sif. Sevgi hissi olmadan, sevmədən, məhəbbətsiz, istəmədən. Sevgisiz ərə getmək. - [Aşıq Sultan:] Vicdanları parlaq tutan sevgidir; Sevgisiz könül ya daşdır, ya dəmir. H.Cavid. Sevgisiz, yoldaşsız bir gözəl kimi; Sükuta...
|
SEVİB-SEÇMƏ (ID - 35019)“Sevib-seçmək”dən f.is.
|
SEVİB-SEÇMƏK (ID - 35020)f İstəyərək, xoşlayaraq, bəyənərək bir neçə adamın, şeyin arasından birini ayırmaq, seçmək. Sevib-seçdiyi qız. Sevib-seçdiyi sənət. - [Bibixanım Göyçəyə:] ..Kimi sevib-seçsə, ürəyinə kim yatsa, ona da getsin. B.Bayramov....
|
SEVİCİ (ID - 35021)is. və sif. Sevən, vurğun, aşiq. [Oqtay:] Nəhayət, mən [Firəngizə] anladaram ki, mənim heç bir şeyim yoxsa, pak bir eşqim, sevici bir ürəyim .. [var]. C.Cabbarlı. Bu gözəl və gənc gadın [Yaxşı] nəcib duyğulara, sevici bir qəlbə,...
|
SEVİLMƏ (ID - 35022)“Sevilmək”dən f.is.
|
SEVİLMƏK (ID - 35023)“Sevmək”dən məch. Mən bəxtiyar oldum, o zamandan ki sevildim. B.Vahabzadə.
|
SEVİMLİ (ID - 35024)sif. 1. Mehriban, əziz, sevgili, istəkli. [incə:] ..Uşaq könlüm heç fərqinə varmadı. O hər kəsdən dəyərli, igid, gözəl, sevimli... C.Cabbarlı. [Xaqani:] Oxu, bülbülciyim, səsinə qurban; Ey ilham pərisi, sevimli canan! M.Rahim.
Xoşagələn,... |
SEVİMSİZ (ID - 35025)sif. Sevilməyən, xoşa gəlməyən; cazibəsiz. Sevimsiz bir sima.
|
SEVİNC (ID - 35026)is. Fərəh, şadlıq; sevinmə (kədər əksi). Hər şeydə fərəh, sevinc, təravət; Artıq oyanıb gülür təbiət. A.Şaiq.
|
SEVİNCƏK (ID - 35027)zərf Sevinə-sevinə, sevinərək, çox şad, fərəh içərisində. Sevincək daxil olmaq. Sevincək getmək. - Hamı sevincək ayağa qalxır. U.Hacıbəyov. Lətiflə Həsən .. sevincək əl-ələ verdilər və sağ tərəfdəki mərmər pilləkənlərlə...
|
SEVİNCLİ (ID - 35028)sif. və zərf Sevinc içərisində, fərəhli, şad. [Student] sevincli bir halda qulluqçunu çağırdı, xanımın yanına kitab dalınca göndərdi. Çəmənzəminli. [Laçın] sonra isə baxıb sevincli bir hal ilə gülümsəməyə başladı. H.Nəzərli....
|
Bu səhifə dəfə baxılıb