İzahlı lüğət

SƏYRİMƏK (ID - 35580)

f . Hirsdən, acıqdan və s. hisslərdən əsmək, titrəmək (üz əzələləri). Ağzı səyrimək. Burun pərəkləri səyrimək. - ismayılzadənin dodaqları xəfif bir tərzdə səyridi. M.Hüseyn. Hərdən Mirzə Cəlilin yanaqlarının əti...

SƏYRİŞMƏ (ID - 35581)

“Səyrişmək”dən f.is.

SƏYRİŞMƏK (ID - 35582)

f 1. Bax sayrışmaq 1-ci
mənada. Böyük əgər desə gündüzə gecə; De, göydə ulduzlar səyrişir necə! Q.Zakir. Şəhər elektrik içində səyrişir, göyün qübbəsindən təyyarələrin gurultusu gəlirdi. S.Rəhimov.
2. Titrəmək,...

SƏYYAD (ID - 35583)

SƏYYAH (ID - 35584)

[ər.] bax səyahətçi. İki gündən bəri yeməmiş səyyahlar böyük bir iştaha ilə yeməyə başladılar. Çəmənzəminli. [Gilanqızı:] Siz özünüzün bir qəzet müxbiri, səyyah olduğunuzu söyləyirdiniz. S.Hüseyn.

SƏYYAHLIQ (ID - 35585)

is. Səyyah olma, səyahətə çıxma. Teymur müəllim bunu da bilirdi ki, o öz maraqlı hekayələri ilə şagirdlərin qəlbində səyyahlığa, kəşfiyyatçılığa böyük həvəs oyatmışdır. Ə.Sadıq.

SƏYYAL (ID - 35586)

sif [ər.] Axıcı, axan, sərbəst, rəvan. Tahir sükanı qaba və sərt hərəkətlərlə o yan-bu yana fırladır, maşının səyyal hərəkətinə mane olurdu. M.Hüseyn.

SƏYYAR (ID - 35587)

sif. [ər.] 1. Hərəkət edən, gəzən, dolaşan; bir yerdə durmayan. Səyyar ulduzlar.
2. Daim bir yerdə qalmayan, yerini dəyişdirən, daim bir yerdə durmayıb istənilən tərəfə daşınan. Səyyar ticarət. Səyyar sərgi. Səyyar xəstəxana....

SƏYYARƏ (ID - 35588)

[ər.] bax planet. Gah doğur, gah batır könül diqqətim; Tez-tez yanıb-sönən səyyarələrtək. S.Vurğun. Sən elə bir dəryasan ki, bütün çaylar axır sənə; Sən elə bir günəşsən ki, işıq alır səyyarələr. N.Xəzri.

SƏZA (ID - 35589)

sif. [fars.] Layiq, uyğun, yaraşan, münasib. Məncə, təqdirə səzadır, kişi şeytandan alıb; Kamil öyrəndiyi elmilə, dürusilə belə. M.Ə.Sabir.

SFERA (ID - 35590)

is. [yun.] Sahə, dairə, mühit, şərait.

SFERİK (ID - 35591)

sif. [yun.] Kürəşəkilli, kürəyəbənzər, yuvarlaq.

SFİNKS (ID - 35592)

is. Qədim Misirdə şir bədənli, insan başlı və ya heyvan başlı fantastik varlığın heykəli.

SXEM (ID - 35593)

[yun. schema - şəkil, surət] 1. Bir şeyin sistemini, quruluşunu və ya hissələri arasındakı rabitəni təsvir edən sadə çertyoj. Telefon qurğusunun sxemi. Radioaparatın sxemi. // Bir şeyin quruluşu, təşkili, planı. Başqa sxem üzrə...

SXEMATİK (ID - 35594)

sif. [yun.] 1. Sxem şəklində, sxem halında. Sxematik xəritələr.
2. Ümumi şəkildə, təfərrüatsız, çox sadə şəkildə, yığcam. Əsərin sxematik şərhi. - Əsərdə Ağa Məhəmməd şah Qacarın cəllad, qatil və talançı sifəti...

SXEMATİKLİK (ID - 35595)

is. Sxematik (2-ci mənada) şeyin halı. Təsvirin sxematikliyi. Pyesin sxematikliyi.

SXEMATİZM (ID - 35596)

[yun.] Təfəkkürdə, bir şeyin şərhində, təsvirində bayağılıq, şablonluq. Yazıçılarımız müasir qəhrəman surətinin təsvirində bəzi sxematizmə yol verirlər.

SXOLASTİK (ID - 35597)

1. Sxolastika (1-ci mənada) tərəfdarı.
2. Sxolastika (2-ci mənada) ilə məşğul olan adam.

SXOLASTİK (ID - 35598)

sif. [yun.] 1. Sxolastikaya (1-ci mənada) aid olan, sxolastika mahiyyətində olan. Sxolastik fəlsəfə.
2. məc. Formal, zahiri, real məzmundan məhrum, real həyatdan uzaq. Sxolastik tənqid. Sxolastik mühakimə. - “Kəşkül” səhifələrində...

SXOLASTİKA (ID - 35599)

[lat. scholasticus, əsli yun. shole - məktəb] 1. Orta əsr fəlsəfəsində kilsə ehkamlarına mücərrəd, formal məntiqi dəlillərlə haqq qazandırmaq məqsədini daşıyan hakim cərəyan.
məc. Real həyatdan, təcrübədən uzaq olan; boş,...

SICAQ (ID - 35600)

sif. 1. İsti.
2. Mehriban, yaxın.

SIÇRAMA (ID - 35601)

“Sıçramaq”dan f.is.

SIÇRAMAQ (ID - 35602)

f 1. Atılmaq, tullanmaq, hoppanmaq. Yerindən sıçramaq. irəliyə sıçramaq. - Əsəd sıçrayıb bir daşın dalında gizlənərək bayaq gördüyü yerə baxdı. B.Talıblı. // Atlanıb (hoppanıb) keçmək. Gülşən Yasəmənin sözündən xoşlanmadı:...

SIÇRANTI (ID - 35603)

is. Sıçrayan, ya sıçradılan su və s. zərrəcikləri.

SIÇRATMA (ID - 35604)

“Sıçratmaq”dan f.is.

SIÇRATMAQ (ID - 35605)

f . Sıçramasına səbəb olmaq. Suyu sıçratmaq.

SIÇRAYIŞ (ID - 35606)

is. 1. Sıçrama işi, sıçrama tərzi; yerindən hoppanma, atılma. Zərəngiz sıçrayışa hazırlanan pişik kimi özünü yığışdırdı. H.Seyidbəyli.
məc. Bir şeydə birdən-birə baş verən dəyişiklik.
fəls. Tədriclə yox, birdən-birə...

SIÇRAYIŞLI (ID - 35607)

sif. Sıçrayışlarla olan, sıçrayışlarla inkişaf edən, baş verən; qeyri-müntəzəm. Sıçrayışlı inkişaf.

SIÇRAYIŞVARİ (ID - 35608)

sif. və zərf Sıçrayışlarla (3-cü mənada) inkişaf edən, baş verən; qeyrimüntəzəm. Sıçrayışvari inkişaf.

SIFIR (ID - 35609)

is. [ər.] 1. Kəmiyyətin olmadığını göstərən “0” şəklində rəqəm işarəsi (sağ tərəfdən hər hansı bir rəqəmin yanına gətirildikdə onun on dəfə artdığını bildirir).
Bir şeyin temperaturunu hesablamaq üçün nisbət...

SIĞA (ID - 35610)

is. [ər.] köhn. 1. Kiçik uşaqlar.
2. Yetimlər.

SIĞAL (ID - 35611)

is. [ər. seyqəl] 1. Bir şeyin üzərinə əlini yavaş-yavaş gəzdirmək və ya ona xəfif-xəfif toxundurmaqla öz sevgisini, nəvazişini göstərmə. □ Sığal çəkmək məc. oxşamaq, tumarlamaq, sığallamaq. Meh sığal çəkən zaman aqronomun...

SIĞALLAMA (ID - 35612)

“Sığallamaq”dan f.is.

SIĞALLAMAQ (ID - 35613)

f . Əllərini, barmaqlarını bir şeyin üzərində xəfifcə gəzdirərək onu hamar şəklə salmaq, düzəltmək; tumarlamaq. Saqqalını sığallamaq. Saçlarını sığallamaq. Telini sığallamaq. // Masaj eləmək, ovmaq. Əlacı üzülmüş...

SIĞALLANMA (ID - 35614)

“Sığallanmaq”dan f.is.

SIĞALLANMAQ (ID - 35615)

qayıd. Özünə sığal, yaraşıq vermək, gözə xoş, gözəl görünmək üçün saçlarına, üz-gözünə, üst-başına səliqə vermək. Mənim yarım sığallanıb gələndə; Sanasan qan süzür dodaqlarından. M.P.Vaqif. [Milis müvəkkili]...

SIĞALLI (ID - 35616)

sif. Hamar, sığal çəkilmiş kimi olan; səliqəli. Sığallı saçlar. - Yuyundun, darandın, qarlar kimi saf; Tellərin sığallı, gözlərin şəffaf. Ə.Cavad.

SIĞINAQ, SIĞINACAQ (ID - 35617)

is. Sığınılacaq yer, daldalanmağa yarar yer; daldanacaq; sığıncaq. Partizanlar.. özlərinə sığınacaq bir yer düzəltdilər. M.Hüseyn. [Ana] ətrafına baxınır, gözləri daldalanmaq üçün bir bucaq, sığınaq axtarır. Ə.Məmmədxanlı....

SIĞINCAQ (ID - 35618)

bax sığınaq. Bu dağ başındakı möhtəşəm qala; Olmuş sığıncağı qəhrəmanların. S.Vurğun.

SIĞINMA (ID - 35619)

“Sığınmaq”danf.is. Dara qocanın etinasızlığına və heyvanın ona sığınmasına heyrət edərək hiddətlə: - Qoca! - deyir, - sən kimsən? Çəmənzəminli.

SIĞINMAQ (ID - 35620)

f . Bir təhlükədən etibarlı bir yerdə gizlənmək və ya birinə pənah gətirmək, himayəsi altına girmək; daldalanmaq. Səhərlərə məxsus olan nəsimdən ara-sıra yarpaqlar qımıldanır, ..yaşılyarpaqlar arasına sığınmış quşcuğazlar...

SIĞIR (ID - 35621)

is. 1. Qaramal. [Çopo:] Piyaləni qaldırdım, yavaş səslə: - Sənin şərəfinə, dedim, - xoşbəxt olaq, qəbilə sığırları kök, itləri itidişli olsun! Çəmənzəminli. 2. zool. Belşəkilli buynuzları olan maral fəsiləsindən iri kövşəyən...

SIĞIRÇI (ID - 35622)

is. Mal-qara çobanı; naxırçı. [Sona xanım:] ..Xalça burda qalıbdır. Yerdən qalxıb gəldim götürəm ki, tezdən sığırçıya, buzovçuya rast gəlib aparmasın. M.F.Axundzadə. Bizim qarabaş qız sığırçımızı oyadırdı. A.Divanbəyoğlu....

SIĞIRÇIN (ID - 35623)

is. Quşların sərçəkimilər dəstəsindən olan, tündtüklü, oxuyan, köçəri quş. Sığırçınlar səhərçağı gələr, budaqlara qonub səslənər, baharın müjdəsini gətirərlər. Mir Cəlal. Baharla birlikdə onun şux elçiləri: qaranquşlar,...

SIĞIRDİLİ (ID - 35624)

is. bot. Ətirli yağ verən otbitki. Sığırdili.. alaq otlarındandır. Pipepə oxşar ətirli yağı vardır. M.Qasımov.

SIĞIRQUYRUĞU (ID - 35625)

is. bot. Kök ətrafında bölüm-bölüm yarpaqları olan ikiillik ot-bitki.

SIĞIŞDIRILMA (ID - 35626)

“Sığışdırılmaq”dan f.is.

SIĞIŞDIRILMAQ (ID - 35627)

məch. Yerləşdirilmək, zorla sığdırmaq.

SIĞIŞDIRMA (ID - 35628)

“Sığışdırmaq”dan f.is.

SIĞIŞDIRMAQ (ID - 35629)

f . 1. Yerləşdirmək, güclə sığdırmaq. [Şair Ərəstun Şiraslana dedi:] ..[Ağbulağın işlərini] heç balaca bir şerə sığışdırmaq olarmı, şair? S.Rəhimov.
2. məc. Dözmək, qatlaşmaq, sinirmək. Ayrım qızı .. naxır sahiblərinin...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed