İzahlı lüğət

SOYMA (ID - 36281)

“Soymaq”dan f.is.

SOYMAQ (ID - 36282)

f . 1. Hər hansı bir şeyin üst qabığını, dərisini çıxartmaq, yapışdığı yerdən qoparmaq, aralayıb götürmək. Alma soymaq.
It yetib, arvadın əllərinin dərisini tamam dişləri ilə soyub tökdü. Çəmənzəminli. Arvad soyduğu...

SOYSUZ (ID - 36283)

sif. Soyu, əsli olmayan, ya məlum olmayan.

SOYUDUCU (ID - 36284)

is. 1. Bir şeyi soyutmaq üçün aparat, cihaz. Neft emalı zavodlarında .. maye halında olan məhsulları soyudan aparatlara isə soyuducular deyilir. M.Məmmədli. // Bir şeyi soyutmağa məxsus maddə və s.
2. Tez xarab olan məhsulları mühafizə...

SOYUDULMA (ID - 36285)

“Soyudulmaq”dan f.is.

SOYUDULMAQ (ID - 36286)

məch. Soyuq hala gətirilmək, hərarəti azaldılmaq.

SOYUĞADAVAMLI (ID - 36287)

sif. Soyuqdan, şaxtadan qorxmayan, soyuğa, şaxtaya davam gətirən. Soyuğa davamlı bitkilər. Soyuğadavamlı materiallar.

SOYUĞADAVAMLILIQ (ID - 36288)

is. Soyuğadavamlı şeyin xassəsi. Bitkilərin soyuğa davamlılığı.

SOYUQ (ID - 36289)

sif. 1. Hərarəti olmayan, temperaturu aşağı olan (hava və s. haqqında). Soyuq külək. Soyuq hava. Soyuq qış. - Usta ortadakı soyuq su hovuzunun yanından keçib keçə ilə döşənmiş səkinin üstündə oturdu. Çəmənzəminli. [Şofer:]...

SOYUQDƏYMƏ (ID - 36290)

is. Özünü soyuğa vermə; soyuqlama. [Şərəfoğlu Rüstəmə:] Hərarətini ölçmək lazımdır, başağrısı soyuqdəymədən də ola bilər. M.İbrahimov. [Nəcəfalı:] Bir aydır ki, bircə gecə çimir eləməmişəm, indi soyuqdəymədən...

SOYUQQANLI (ID - 36291)

sif. və zərf 1. Hər cür şəraitdə özünü sakit, səbirli, təmkinli, dözümlü apara bilən. Soyuqqanlı olmaq. - Çox mülayim və soyuqqanlı danışan Imran kişinin hər sözü [Hümmətəlinin] ortasından qılınc kimi keçirdi. M.Hüseyn....

SOYUQQANLILIQ (ID - 36292)

is. 1. Soyuqqanlı adamın xasiyyəti; təmkinlilik, səbirlilik, təmkin. [Vaqif:] soyuqqanlılığını saxlayaraq ricaya gələnlərin bir-ikisini içəri çağırdı. Çəmənzəminli. [İslam:] “Belə mühüm” işlərdə insan gərək soyuqqanlılığını...

SOYUQLAMA (ID - 36293)

“Soyuqlamaq”dan f.is.

SOYUQLAMAQ (ID - 36294)

f . Soyuqdəymədən xəstələnmək, özünü soyuğa vermək. Rüxsara xanım bir il bundan əvvəl soyuqlayıb naxoşlamışdı. T.Ş.Simurq. [Ana:] Bala, pəncərə qabağında çox oturursan, küləkdir, soyuqlayarsan! Mir Cəlal.

SOYUQLAŞMA (ID - 36295)

“Soyuqlaşmaq”dan f.is.

SOYUQLAŞMAQ (ID - 36296)

f . Get-gedə soyuq olmaq (hava haqqında). Avqust ayı aralığa gəldi, hava soyuqlaşdı. N.Nərimanov. Yavaş-yavaş havalar soyuqlaşdıqca bağ mövsümü başa çatardı. H.Sarabski.

SOYUQLUQ (ID - 36297)

is. 1. Soyuq şeyin halı, hərarət olmaması, hərarətsizlik; soyuq. Havanın soyuqluğu. Suyun soyuqluğu. Küləyin soyuqluğu. - Havanın artar istisi; Daha soyuqluq az olar. A.Səhhət. Payızın rütubətli havaları başlanmış olduğundan soyuqluq...

SOYUQ-SOYUQ (ID - 36298)

zərf Soyuq halda, qızdırılmamış. Xörəyi soyuq-soyuq yemək.

SOYULMA (ID - 36299)

“Soyulmaq”dan f.is.

SOYULMAQ (ID - 36300)

f . 1. Qabığı, dərisi çıxarılmaq, kəsilib götürülmək.
2. məc. Var-yoxu, paltarı və üstündə nə varsa əlindən alınmaq, qarət edilmək. Yenə kimin isə öldürüldüyünü, qız qaçırıldığını, ya adam soyulduğunu güman...

SOYUMA (ID - 36301)

“Soyumaq”dan f.is. Zeynalın evdən soyumasına səbəb yalnız Mehribanın xəstə yatdığı deyildi. S.Hüseyn.

SOYUMAQ (ID - 36302)

f . 1. Soyuq olmaq, hərarətini itirmək, temperaturu aşağı düşmək. Payız gəldi, havalar soyudu. - Hava da bərk soyumağa başlayırdı. M.Hüseyn. ..Xəzəllər töküldü, toz qopdu, hava soyudu. Mir Cəlal.
məc. Getdikcə həvəsdən...

SOYUNDURMA (ID - 36303)

“Soyundurmaq”dan f.is.

SOYUNDURMAQ (ID - 36304)

f . Paltarını çıxarmaq (başqasının). Xədicə oğluna təsəlli verdi, sonra .. soyundurub yatağa uzandırdı. S.S.Axundov.

SOYUTMA (ID - 36305)

1. “Soyutmaq”dan f.is.
2. is. Suda bişirilmiş ət, toyuq. Soyutma hazırlamaq. - [Səlim bəy:] Qoyunlar axşamdan kəsilib, soyutma olub, cah-calal ilə, brovhabrov ilə düşürdük yola, guya bir qoşun gedir. Ə.Haqverdiyev. [Katibə:] Bu...

SOYUTMAQ (ID - 36306)

f . 1. Bir qədər soyuq eləmək, soyuq hala salmaq, soyumasına səbəb olmaq. Pəncərəni açıb otağı soyutmaq. Xörəyi soyutmaq. - Nə qədər yel soyutsa da havanı; Çoban artıq büründü bərk çuxanı. A.Səhhət. [Salman] özünü havaya...

SOZALMAQ (ID - 36307)

f Rəngi ağarmaq, rəngi qaçmaq.

SÖHBƏT (ID - 36308)

is. Şifahi fikir, məlumat mübadiləsi; danışıq, müsahibə, ixtilat. Uzun-uzadı söhbət. - Əsas söhbətlər axşam şərbəti içilən zaman başlanacaq idi. M.S.Ordubadi. Tərbiyəçinin söhbətləri də gəzmək kimi ləzzətli idi. Mir Cəlal....

SÖHBƏTARASI (ID - 36309)

zərf Söhbət əsnasında, söhbət zamanı. Söhbətarası işarə vurmaq. Söhbətarası başa salmaq. - Qaraqum səhrasının bu gənc novatorunu; Qızlar söhbətarası məhəbbətlə anırdı. S.Rüstəm. O, söhbətarası durdu ayağa; Yandakı...

SÖHBƏTCİLLİK (ID - 36310)

is. Söhbətcil adamın xasiyyəti, söhbət etməyi sevmə.

SÖHBƏTCİL, SÖHBƏTÇİ (ID - 36311)

sif Söhbət etməyi sevən, yaxşı, maraqlı söhbətlər etməyi bacaran. Söhbətcil adam. - [Bir kişi:] [Məşədi Səttar] bir söhbətcil arif adam idi. Ə.Haqverdiyev. Adətən söhbətcil olan Qara Kərəmoğlu və Zeynəb Quliyeva da susmuşdu....

SÖKDÜRMƏ (ID - 36312)

“Sökdürmək”dən f.is.

SÖKDÜRMƏK (ID - 36313)

icb. 1. Sökmə işi gördürmək. Paltarı sökdürmək.
2. Sökməyə, dağıtmağa məcbur etmək, dağıtdırmaq, uçurtdurmaq. Evi sökdürmək.

SÖKMƏ (ID - 36314)

“Sökmək”dən f.is.

SÖKMƏK (ID - 36315)

f. 1. Qurulmuş bir şeyi uçurtmaq, dağıtmaq, yıxmaq. Hasarı sökmək. Köhnə evi söküb təzəsini tikdilər. - Bir neçə yerdə əli belli və kürəkli kişilər uçuq damların daşını və torpağını sökməkdə idilər. C.Məmmədquluzadə....

SÖKÜK (ID - 36316)

sif. 1. Sökülmüş, uçulmuş, dağılmış halda olan. Sökük divar. Sökük döşəmə. Sökük daxma. - O zaman kolxoz idarəsi iki otaqdan ibarət köhnə və yan-yörəsi sökük bir binada yerləşirdi. M.İbrahimov. [Cinayətkar adamlar] ..dar...

SÖKÜLMƏ (ID - 36317)

“Sökülmək”dən f.is. [Şahlar] eyvanda dayanıb şəfəqin sökülməsinə tamaşa edirdi. B.Bayramov.

SÖKÜLMƏK (ID - 36318)

f 1. Tikişi açılmaq. Paltarımın qolu sökülüb. Paltonun astarı sökülüb.
Ələsgər, ağlayır qızlar, arvadlar; Söküldü döşəklər, yorğan qalmadı. Aşıq Ələsgər.
məch. Uçurulmaq, dağıdılmaq (qurulu bir şey). Çal-çəpər...

SÖKÜNTÜ (ID - 36319)

is. 1. Paltarda və s. tikilmiş şeydə sökülmüş, tikişi açılmış, ipi qaçmış yer. Qolunda söküntü görünür.
2. Sökülmüş şeyin qırıntıları, hissələri. Maşının söküntüləri yerə tökülmüşdü.

SÖKÜŞDÜRMƏ (ID - 36320)

“Söküşdürmək”dən f.is.

SÖKÜŞDÜRMƏK (ID - 36321)

f . Dartışdırmaq, didmək. ..Bir balaca uşaq bir övrətin döşlərini ağlayaağlaya söküşdürürdü. C.Məmmədquluzadə.

SÖNDÜRMƏ (ID - 36322)

“Söndürmək”dən f.is.

SÖNDÜRMƏK (ID - 36323)

f . 1. Keçirmək (yanan şeyi). Papirosu söndürmək. işığı söndürmək. Yanğını söndürmək. - Otaqda lampanı söndürmüşdüksə də, ancaq Ayın şöləsi pəncərədən düşüb otağın yarısını işıqlandırmışdı. M.Rzaquluzadə.
2....

SÖNDÜRÜCÜ (ID - 36324)

is. xüs. Yanan bir şeyi, yanğını, işığı və s.-ni söndürməyə məxsus cihaz, alət və s. // Sif. mənasında. Söndürücü maddələr.

SÖNDÜRÜLMƏ (ID - 36325)

“Söndürülmək”dən f.is.

SÖNDÜRÜLMƏK (ID - 36326)

məch. Keçirilmək (yanan şeyi). Beş-on dəqiqədən sonra yanğın da söndürüldü. M.Hüseyn. Bu işıqlar tapdanıb söndürülən (f.sif.) nəhəng bir tonqalın közərən qığılcımlarına bənzəyir. M.Rzaquluzadə.

SÖNMƏ (ID - 36327)

“Sönmək”dən f.is.

SÖNMƏK (ID - 36328)

f . 1. Keçmək (yanan şey). Ocaq söndü. Lampa söndü. - ..Ocağın alovu sönüb tamam olurdu. A.Divanbəyoğlu. [Pəncərə] şairin pəncərəsi idi ki, yalnız sübhə yaxın ağ vərəqlərin rəngi sarıya çalanda onun çırağı sönərdi....

SÖNÜK (ID - 36329)

sif. və zərf 1. Parlaq olmayan, parlamayan və ya çox az parlayan; parıltısız. Sönük işıq. - Dağların, bağların libası sarı; Günəşin də sönük ziyası sarı. A.Səhhət. // məc. Solğun, ölgün, cansız. [Ay] da Vaqif kimi eşq...

SÖNÜKLÜK (ID - 36330)

is. 1. Sönük şeyin halı.
2. məc. Ölgünlük, ruhsuzluq, cansızlıq; ruh düşkünlüyü. // məc. Yekrənglik, maraqsızlıq, zəiflik. ..Təbiətdə bunların əksini gördükdə, bunun müqabilində rəssamın lövhəsinin sönüklüyünü...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed